letra de köhnələr - miri yusif
[nəqərat]
a bala, o dövr bitdi
edilir zarafat ciddi
a bala (a bala), a bala (a bala)
köhnələr köhnəlib itdi
[bənd 1]
köhnə xəzər, yeni balıqlar
köhnə süfrələr və yeni sağlıqlar
daha yaşlanırıq biz bala-bala
biz 90-dan qalan qalıqlar
bu yeni yaşayışın tərzinə biz uymuruq
hər yaşadığımızı çəkib qoymuruq
birini sevirik, amma tez soyumuruq
birlikdə gəzərik, amma tək qoymuruq
hamıya sıxıcı gəlir həyat, eyni şey
səhər oyan, gecə yat, yenə də eyni şey
onu at, bunu tap, yenə də eyni şey
onu al, bunu sat, yenə də eyni şey
[nəqərat]
a bala, o dövr bitdi
edilir zarafat ciddi
a bala (a bala), a bala (a bala)
köhnələr köhnəlib itdi
a bala, o dövr bitdi
köhnələr köhnəlib itdi
[bənd 2]
köhnə bulud, yeni damcılar
köhnə ümidlər və yeni falçılar
köhnə dostlarla yeni maraqlar
əlimdə mentalitetdən qamçılar
fərqli-fərqli yanlar
fərq qoyar, ayrılar insanlar
yaşanan hekayələr eynidir
sadəcə fərqlidir ünvanlar
məqsəd dolu-dolu dollar
fərqi yoxdur hansı yolla
trendədir o, trendədir bu
trend üçün saçı-başı yolar
o vaxtı gündüzlər qara, gecə bəmbəyaz
qələmində işıq varsa, otur, sən də yaz
hüseyn dərya, elşad xose, anar nağılbaz
dəyirman dərdlərə dərman, sən də qulaq as
[nəqərat]
a bala, o dövr bitdi
edilir zarafat ciddi
a bala (a bala), a bala (a bala)
köhnələr köhnəlib itdi
a bala, o dövr bitdi
köhnələr köhnəlib itdi
letras aleatórias
- letra de rap legend - toxicndubuisi
- letra de get that bag - jban$2turnt
- letra de the game - friend within
- letra de (bonus) rolex - riff raff & dollabillgates
- letra de trust issues - zekken
- letra de obserwator - matys (mtn12)
- letra de polaroid (intro) - kontra k
- letra de dice - d.a l.e.s
- letra de quiet - non tiq
- letra de red is the man - hilde selvikvåg