letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de gülə-gülə - miri yusif

Loading...

[bənd 1]
sən mənim zümzüməm
səni sətir-sətir keçmişdən toplayıb çəkdim nəzmə mən
ritmi tutunca tutdum işarət barmağımı nəbzimə
bu mahnı bəhs edir sənin al yanağındakı qəmzədən
heç kim sənə bənzəməz

sən mənim gözümdən axıb ürəyimə
alışan ruhuma sarmısan alov
əlimdə tellərinin ətri, qulağımda səsin girov
qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov

[nəqərat]
dedim sənə ‘’yaxşı yol’’
getdin, gülə-gülə

[bənd 2]
sən elə mən özüməm
yazılmısan alın yazıma, bəxt ulduzuma, bürcümə
sənsiz olanda edirəm gündüzü gecəyə tərcümə
bəlkə, qarşılaşarıq bir çərşənbə axşamı, bir cümə
darıxmışam hər cürə

mən sənsiz üzgünəm
günəşin-yağışın, enişin-yoxuşun mənə fərqi yox
həyat davamında dayanmaz, çünki fələyin çərxi o
qurusa da fəvvarələr, bir sevgi yaşadıq dəlisov
[nəqərat]
dedim sənə ‘’yaxşı yol’’
getdin, gülə-gülə

[çıxış]
getdin…
getdin…
getdin…
getdin, gülə-gülə

getdin…
getdin…
getdin…
getdin, gülə-gülə

letras aleatórias

MAIS ACESSADOS

Loading...