letra de gəlmə - miri yusif
[giriş]
(tənha küçə, tənha illər)
[bənd 1]
tənha küçə, tənha illər
sarı güllər bizə göndərdilər
səni məndən (səni məndən)
məni səndən (məni səndən)
ayıran boş ümid var
həyatımız solmuş boya
insafsız qoymadı ondan doyaq
səni məndən (səni məndən)
məni səndən (məni səndən)
ayıran bir ömür var
[keçid]
yanım, yanım, yanım
ayaqyalın dənizdə
yadındamı, canım
üsyan kölgəmizdə
narın, narın, narın
yağış yağıb narın
qızmar qəlbimizdə
[nəqərat]
gəl, gəl, gəl, yox, gəlmə, yetər
mən günahlar diyarında
qüsulsuz imanda
gəl, gəl, gəl, gəlmə, yetər
əslində mən ölmüş bədən
dənizsiz limanda
gəl, gəl, gəl, yox, gəlmə, yetər
mən günahlar diyarında
qüsulsuz imanda
gəl, gəl, gəl, gəlmə, yetər
əslində mən ölmüş bədən
dənizsiz limanda
[bənd 2]
bir gün gələr, bir gün gedər
bizdən öncə solar sarı güllər
səni məndən (səni məndən)
məni səndən (məni səndən)
ayıran ölkələr var
üsyan edər yenə kədər
qocalığa qədər o məsafələr
səni məndən (səni məndən)
məni səndən (məni səndən)
ayıran döngələr var
[keçid]
yanım, yanım, yanım
ayaqyalın dənizdə
yadındamı, canım
üsyan kölgəmizdə
narın, narın, narın
yağış yağıb narın
qızmar qəlbimizdə
[nəqərat]
gəl, gəl, gəl, yox, gəlmə, yetər
mən günahlar diyarında
qüsulsuz imanda
gəl, gəl, gəl, gəlmə, yetər
əslində mən ölmüş bədən
dənizsiz limanda
gəl, gəl, gəl, yox, gəlmə, yetər
mən günahlar diyarında
qüsulsuz imanda
gəl, gəl, gəl, gəlmə, yetər
əslində mən ölmüş bədən
dənizsiz limanda
letras aleatórias
- letra de maailma on sun - julma henri feat. paleface
- letra de i'm gonna get you (radio edit) - dave audé feat. jessica sutta
- letra de voodoo - pegboard nerds & tony junior
- letra de i got what it takes - dj drama & young jeezy
- letra de our last night - we don't talk anymore
- letra de cool down - muno
- letra de caro bambino gesu' - sebby del core
- letra de salmos 37 - david & the high spirit
- letra de lodos - aslı demirer
- letra de forever mine - enjoii