letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sənsiz - mirhasan haji hasanli

Loading...

hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz
hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
sənin ol cəlb eləyən vəslinə and içdim, inan
hicrinə yandı canım, yox daha taqət sənsiz!
başqa bir yarı necə axtarım, ey nazlı mələk
bilirəm, sən də dedin: “yox yarə hacət sənsiz!”
sən mənim qəlbimə hakim, sənə qul oldu könül
sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
nə gözüm var – arayım mən səni, bəxtim də ki yox
nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
sən nizamidən əgər arxayın olsan da, gülüm
gecə-gündüz arayıb, olmadı rahət sənsiz!

letras aleatórias

MAIS ACESSADOS

Loading...