
letra de laləzar - mikope
[bənd 1]
getməyin bəs deyilmiş kimi
hələ: “sevmədim”,-də deyirsən
evimi qapısız qoymusan
qışda: “üşümə”,-deyirsən
yayda: “istidən ölmə”
“n-z-k geyin”,-deyirsən
indi də payız gəlir
bəs sən hara gedirsən?
[nəqərat]
əllərim üşüyəcək
payız küləyiylə
ruhuma əsəcək
bilirəm, həftələr keçəcək
qışda nəfəsim bitəcək
[bənd 2]
bu qışı da diri keçirtsəm
gələn baharı gözlə
bənövşələrin evinə
həmişəlik köç edəcəm
torpağa qarışacam
sonra ağac olacam
ya da bir dəstə çiçək
yuvamdan qoparılacam
[nəqərat]
əllərim üşüyəcək
payız küləyiylə
ruhuma əsəcək
bilirəm, həftələr keçəcək
qışda nəfəsim bitəcək
[keçid]
bir könül oxşayacam
yarə qonaq olacam
laləzar ürəyində
lalələrtək solacam
[nəqərat]
əllərim üşüyəcək
payız küləyiylə
ruhuma əsəcək
bilirəm, həftələr keçəcək
qışda nəfəsim bitəcək
əllərim üşüyəcək
payız küləyiylə
ruhuma əsəcək
bilirəm, həftələr keçəcək
qışda nəfəsim bitəcək
letras aleatórias
- letra de masada - today is the day
- letra de 12 år - leslie tay
- letra de i'd be changing if i were yo - there for tomorrow
- letra de equilibrium - rooney insomnia
- letra de 睡眠時間 (suimin zikan, time to sleep) - bump of chicken
- letra de killah priest - absztrakkt
- letra de rapzod on the beat - rapzod
- letra de temple pressure - alvin band
- letra de passing through - pete seeger
- letra de pavor nocturnus - agrypnie