
letra de köhnə gitarist - mc b.u.s
[bənd 1]
əlimdə silahım sənədim
hər yolu dənədim, olmadı
qırıldı qənədim
axı niyə belədir bu dünyanın işi?
yerim beşik, bir də qəbir
rahatçılıq, orada evim-eşiyim
suallar elə bil goreşən kimidir
ölmüşəm, qəbirdə məni eşir
ağrıyır barmaqlarım
ağlayır gitaramın telləri
bağlayıb kitabımı
dünyanın bu sərt əsən yelləri
əyibdir boynumu kədər
qurudub boğazı qəhər
heç nəyə qalmayıb həvəs
yəqin ki, bu imiş qədər
[nəqərat]
evimə gətirin şənlik, yaman səssizdir
ruhum həvəssizdir hər şeyə qarşı
evimə gətirin şənlik, yaman səssizdir
ruhum həvəssizdir hər şeyə qarşı
[bənd 2]
gözlərimin önündən getmir
itirdiyim adamlar
itirdiyim zamanlar
nələr itirmişəm, aman allah
ayaqlarımın gücü yoxdur
bədənimin taqəti qalmayıb
hər şeyi alın, aparın məndən
bircə musiqini aparmayın
[nəqərat]
evimə gətirin şənlik, yaman səssizdir
ruhum həvəssizdir hər şeyə qarşı
evimə gətirin şənlik, yaman səssizdir
ruhum həvəssizdir hər şeyə qarşı
letras aleatórias
- letra de ich will dich nicht verlier'n - johannes oerding
- letra de 2015 winners & nominees - brit awards
- letra de lovin' you (junior vasquez white party remix) - kristine w
- letra de atlantique nord - richard desjardins
- letra de red toyota, naomi's song - waldo
- letra de skillet good and greasy - dirk powell
- letra de "next stop insanity" - josh patterson
- letra de chastised - lil baby
- letra de aw yeah? (intervention) - tech n9ne
- letra de c.u.e.u.p.u - avatar benji