letra de əlivi çək - mc b.u.s
[bənd 1] [mc b.u.s]
hey, həyat, əlini çək
ya da başıma tut, tətiyi çək
(tətiyi çək) dayanmışam
atamın qəbrində, əlimdə çiçək
ölümü yaşayıram
dərdimi içimdə daşıyıram
bəlkə acılar dayanar deyə mən
yaramı pəncəmlə qaşıyıram
baba psixdir, baba dəli
qəbul eləmirəm məsləhəti
ağlım başımdan uçub gedir mənim
yerində deyil inan, səhətim
hər gün ağrı və də dərmanlardan
asılı yaşıyıram hər sabah
hər gün qorxu və panik atak
qışqırıqlar və fəryadlar
amma sakit biriyəm əslində
tutmasa damarım tərsimdən
mələklər yanıma gəlsin
onlara sual verim cavab versinlər
axı xəyalarıma niyə əl çatmaz
ağrılar artar dərt artmasa da
o qədər hisslər ölüb ki, deyəsən
ölməyəcəm bir gün ürək atmasa da
[bənd 2] [jayko]
heç unudarammı mən nədir az da olsa
istədiklərinə sahib olmaq?
gün gələr doğmalar elə yadlaşar ki
heç gəlməmisən sanki ordan
səhv səndədir hə? ya onlarda? yox?
de də, bir iki söz de, sakit olma!
bax! ona görə sevgi tək adla hallanır
başdan sona qədər sadiq olmaq!
heç sadiq olma! yox, yox, yox!
hər şey daha gözəl ola bilər niyə?
unudular ölkəsindəki
ən uca binaların kölgəsindəyəm
buzdan şəhərdə insanlar donur
əllərimi qaldırıb göyə gülürəm
necə istidir – deyərək rəqs edirəm
ürək donub buza dönməsin deyə
qorxma, qorxma, qorxma, hey!
danış açıq-aydın, bir az tez
bu sənə ən lazım olan zəng
ya da gözlədiyin sms
hər problemimə tək-tək “kres”
hər gün daha az stress
bir, bir-iki… narahat olmayın
bu sözlər hamınıza s.o.s
niyəsə gözündə böyüdər hər şeyi
qədrini bilməz ölüncə onun
nə üçün yaşadığını bilməyənlər
ya axmaq, ya da ki, yarımcan olur
səmada ən parlaq bir ulduz var
görə bilərsən tək qalınca onu
bir gün o ulduz göydən düşəcək
və qaçıb gedəcəm dalınca onun, ey…
letras aleatórias
- letra de this inner twist - officium triste
- letra de 783640 - polysics
- letra de the devil's tongue - oneiroid psychosis
- letra de birminghamm - the landers
- letra de tum mile - pritam
- letra de on my own (feat. ace enders) - just surrender
- letra de the kings of four - azra (yu)
- letra de ichi - viers
- letra de lost love - magnokenny
- letra de io non ci sono più - peppe fonte