letra de məhbus - mc b.u.s & x13əhram
[bənd 1]
mən sənsizliyin soyuq paytaxtındayam
küçələri xatirə, binaları həsrət
burada hər küçə lampası dar ağacıdır
uşaqlıq xəyallarımı asdığım sərvət
sənin gedişinlə bir kitab bağlandı
ən gözəl cümləsi yarımçıq qalan
mən o cümlənin son nöqtəsiyəm indi
həm özümdən didərgin, həm sənə yalan
[nəqərat]
bu, necə üsyandır, bu, necə həsrət?
həm səni axtarıb, həm səndən qaçıram
qəlbim bir məhbusdur, zindanı sənsən
qapını hər gecə özüm açıram
[bənd 2]
necə qəliz oldu bu sevginin sonu
əvvəl necə şad yaşayardıq?
həsrətin yaraları lap dərindir
sən azadsan, mən məhbus
anlamadan, məni dinləmədən
gül açarmı, səncə, bu pəncərələr?
bir xoş sözə möhtac qalıbsa qəlb
mən dözərəm sənə görə hər zərərə
və sonra bir şey oldu, dedim, xeyir var hər işdə
sən demə, xeyir bildiyim ziyanımı üstələyər
qırıq qanadlı bir quşun ümidi var belimdə
yazaram məktubumu, aparar göyərçinlər
əslində belə olmur, tapmamışıq biz bir yolunu
atmışıq qismətə bir daş, müsibət əskik olmur başımızda
soruşsan, anılar var, bəhanələr olmasaydı
o küçələr şahid bizə, mən məhbus olmasaydım
baxma, əlim-qolum bağlı, sevgi cəsarətimdir
getdin, qaçdın məndən, bu, sənin cəhalətindir
ürəyimi bağlayan o yarla mənim söhbətim dərin
mən onu azadlıqda sevdim, məni məhbus eləyir
(məhbus eləyir)
[nəqərat]
bu, necə üsyandır, bu, necə həsrət?
həm səni axtarıb, həm səndən qaçıram
qəlbim bir məhbusdur, zindanı sənsən
qapını hər gecə özüm açıram
letras aleatórias
- letra de illumination - the fin.
- letra de stomp / neg - korpse
- letra de fin goudron - neda
- letra de vide - l01
- letra de nox profunda - thy darkened shade
- letra de viento - ambkor
- letra de no mileage - tis rome
- letra de waitin' around to die - nate hall
- letra de via della vittoria - sayf (ita)
- letra de carriera - novelo