letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de dostum, hardasan - manaf ağayev

Loading...

[bənd 1: pünhan ismayıllı]
təklikdə çaylaq daşıyam
məni qoymayın təklənəm
əl dəydi, çaxmaq daşıyam
məni qoymayın təklənəm

dağsız duman yalnız ahdı
qara bulud yalqız axdı
çən təkləndi – yalquzaqdı
çəni qoymayın təklənə

xəlbirlənə kaş ömür də
boş il düşə boş ömürdən
xoş an qalar xoş ömürdən
anı qoymayın təklənə

[bənd 2: manaf ağayev]
bu gün bir başqa cür aradım səni
ey mənim həqiqi dostum, hardasan?
yoxluğun indidən duyulur sənin
gözlərim yoldadır, dostum, hardasan?

bu gün bir başqa cür aradım səni
ey mənim həqiqi dostum, hardasan?
yoxluğun indidən duyulur sənin
gözlərim yoldadır, dostum, hardasan?
ürəyim doludur, sığmayır köksə
sən mənə gərəksən, dostum, hardasan?
yerini doldurmur başqa bir kimsə
eşit harayımı, dostum, hardasan?

ürəyim doludur, sığmayır köksə
sən mənə gərəksən, dostum, hardasan?
yerini doldurmur başqa bir kimsə
eşit harayımı, dostum, hardasan?

heç kəs yoldaşlıqda sən ola bilməz
anladım mən bunu, dostum, hardasan?
qəlbimə həkk olan sevgi silinməz
sən mənə gərəksən, dostum, hardasan?

heç kəs yoldaşlıqda sən ola bilməz
anladım mən bunu, dostum, hardasan?
yoxluğun bu gündən duyulur sənin
gözlərim yoldadır, dostum, hardasan?

ürəyim doludur, sığmayır köksə
sən mənə gərəksən, dostum, hardasan?
yerini doldurmur başqa bir kimsə
eşit harayımı, dostum, hardasan?

ürəyim doludur, sığmayır köksə
sən mənə gərəksən, dostum, hardasan?
yerini doldurmur başqa bir kimsə
eşit harayımı, dostum, hardasan?
azərbaycanlıyam, damarımda var qanım
ədalətdir, həqiqətdir amalım
gözlərinin qadasını, ay qarabağ, mən alım
gözlərinin qadasını, ay qarabağ, mən alım
sən göynəyib ürəyimi dağlama
ağlama, dağlıq qarabağım, ağlama

pəncərəni külək döyüb bağlasa
eyvanına quşlar qonub ağlasa
ürəyini nalən yolub ağlasa
içində yan, ağı deyib ağlama

didərginlər ah çəkirlər allaha
didərginlər ah çəkirlər allaha
ümidlərini bağlayırlar sabaha
azərbaycan parçalanmaz bir daha
ağlama, qarabağ, ağlama

bu döyüşdür, əzilən var, əzən var
ölüm hökmü qoltuğunda gəzən var
burda “bizik”, nə “mən” vardır, nə “sən” var
yox, ağlama, ana millət, ağlama
qorxuram ki, sına millət, ağlama

xəyanətdən gör nələr çəkdi başım, ay allah
xəyanətdən gör nələr çəkdi başım, ay allah
düz on üç ildir dəftər yazır yaddaşım
şuşa, laçın, ağdam, füzuli
sən gəl mənim ürəyimi dağlama
ağlama, qarabağ, ağlama
ağlama, qarabağ, ağlama
hayqır, könül, bundan betər çağ hanı?
insan yanır, torpaq yanır, dağ yanır
manaf, indi ağlamağa vaxt hanı?
qardaş deyib, yurddaş deyib, ağlama
ağlamağın yeri deyil, ağlama

qorxuda bilməz namərd bizi ölümlə
ana yurdum, sil gözünün yaşını, ağlama
sən kövrəlib ürəyini dağlama
ağlama, füzulim, ağlama
dağlıq qarabağım, ağlama

əziziyəm, dolan gəz
dolan bağı, dolan gəz
əziziyəm, dolan gəz
dolan bağı, dolan gəz
qürbətdə xan olunca
gedib öz vətənində dilən gəz

letras aleatórias

MAIS ACESSADOS

Loading...