letra de yoxdur dözümüm - madteen
indi mən darmadağın, salma yada özünü
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
alışdırırsan özünə betər etmək üçün, düzmü?
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
məni bəsdir üzmə, xatırladırsan qəsdən
alışdırıb gözlərinə alırsan mənim gücümü
sən çox gözəl bilirsən, olmur yaşamaq sözlə
qəlbim döyünür sənin üçün, ayaqlar qaçır səndən
məni bilirsən ki, bir gün açsan qapını gələrəm
səhərin qoxusundan öpərəm səni, qalaram sənlə
məni bilirsən ki, dəliyəm, edərəm dedimsə, edərəm
alaram saçlarını ovucuma, qoxlaram dərindən
indi mən darmadağın, salma yada özünü
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
alışdırırsan özünə betər etmək üçün, düzmü?
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
indi mən darmadağın, salma yada özünü
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
alışdırırsan özünə betər etmək üçün, düzmü?
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
baxışında həsrət görürəm gülən üzündə
ən az mənim qədər çökürsən sətirlərimdə
və olur ki, bəzən gecə yaman düşür xətrimə
zəng edib yuxuma gəlmə demək bəhanəsiylə
gözlərim axtarır səni şəhərin hər küçəsində
hər uğuru paylaşmaq üçün dərdlərimlə bölüşmək
sən məni dinləyirsən fm 106.3də
bilirsən mahnıları əzbər, gizlin gəlirsən konsertə
(yoxdur dözümüm səslənsin sizlər üçün)
bəyənmədiyin mən indi durmuşam səhnədə
əzbər oxuyursan, qəhərlənib necə içdən
inanmırdın mənə, gözlərin şöhrət gəzəndə
indi sən məndən ayrı bu çoxluğun içində
indi mən darmadağın, salma yada özünü
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
alışdırırsan özünə betər etmək üçün, düzmü?
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
indi mən darmadağın, salma yada özünü
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
alışdırırsan özünə betər etmək üçün, düzmü?
ya yox ol, görüm yoxsan, buna yoxdur mənim dözümüm
letras aleatórias
- letra de my own way - b4bonah
- letra de du skulle aldrig kaxat (ft. jni & färska prinzen) - the keffat liv
- letra de am mic - marz bnp
- letra de wavey - mista
- letra de call me - troi irons
- letra de 253 secondes chrono - red l'alerte
- letra de pictures of matchstick men - the slickee boys
- letra de dirty stuff - marley brooker & d. jonez
- letra de tife (judgement day) - terry shan
- letra de and if she gets out of line? - the paper chase