letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de günah - liyamsi

Loading...

[bənd 1]
yaşayıram beyin dolu suallar
bəlkə eşitmir tanrı duaları
iki qurtum, bir qullam
təkrar yaşayıram yenə bu halları

açılmır sabah beynimdə duman
paranoya panik atak
ölüm daha rahat
soyuqqanlıyam, tanrıya qovuşmalıyam
sözlərimi içib-içib qusmalıyam
tək qorxularımdan qorxuram
daha çox doğrulardan
hardadı köhnə dostlar?
qəlbimi sözlər oxşar

oyanıram ən solğun halda
dünyam fərqli rəng olsa
boyadım qaranı hər tonda
heç nədən qorxmam

[keçid]
soyuq qəlbim donar
yaxşı günlər çətir olar
hər kəsin bir səhvi olar
mən girməm rola
gəlib həyata qonaq
verdim illəri yola
özümü atıb oda
hisslərim məni yorar
qolumda solur vaxt
yıxıl, qalx, sıxılma, sıfırlan
hər şeyin sonu var

[nəqərat]
eşit səsimi, tanrı
de əlimdə nə qaldı? (heç)
fikirlər günaha boyandı
şeytanın içimdə boy atdı
eşit səsimi, tanrı
de əlimdə nə qaldı? (heç)
fikirlər günaha boyandı
şeytanın içimdə boy atdı

[bənd 2]
yarım ömür yarılanıb
yaşım ötür, ağıl alır
böyüməyim acı dadır
xoşbəxtliyin tap açarın
ölülərin olmur adı
yeni günə qur saatı
yarım şərab, əsmər qadın
unutmuşam nədi adı

[keçid]
sarıdım yaralarımı, keçmişi qaraladım
qırmışam neçə insan dilimə zəhər qatıb
qəlbim uzaq liman burda neçə gəmi batıb
ölüm uca keç hasarı
ruhum uçur mən aşağı

[nəqərat]
eşit səsimi, tanrı
de əlimdə nə qaldı? (heç)
fikirlər günaha boyandı
şeytanın içimdə boy atdı
eşit səsimi, tanrı
de əlimdə nə qaldı? (heç)
fikirlər günaha boyandı
şeytanın içimdə boy atdı

letras aleatórias

MAIS ACESSADOS

Loading...