letra de ilk bahar - lalə məmmədova
[bənd 1]
yenə gəldi ilk bahar, yaz gülə-gülə
bu qədər gəl etmə, yar, naz gülə-gülə
səni sevdim qəlbimdə, ey gözəl pəri
mənə söylə bir şirin söz gülə-gülə
[nəqərat]
mən aşiq, bəndəm gülə
bülbüləm, bəndəm gülə
xəstəyəm, qalıb əlacım
bir şirin dilə
xəstəyəm, qalıb əlacım
bir şirin dilə
[bənd 2]
açılıb hər yan çiçək bax, gözəl-gözəl
telinə əlvan çiçək tax gözəl-gözəl
yanıram hicrinlə mən, dön sərin suya
ürəyimə sel kimi ax gözəl-gözəl
[nəqərat]
mən aşiq, gələr yarım
dərdimi bilər yarım
inanıram, dərmanımı
eyləyər yarım
inanıram, dərmanımı
eyləyər yarım
[keçid]
sevən aşiq, ay gülüm, görməz dünyanı
qara qaşın ağ üzün oldum heyranı
niyə məndən gizlədirsən eşqini sən?
[nəqərat]
mən aşiq, bəndəm gülə
bülbüləm, bəndəm gülə
xəstəyəm, qalıb əlacım
bir şirin dilə
xəstəyəm, qalıb əlacım
bir şirin dilə
bir şirin dilə
bir şirin dilə
bir şirin dilə
letras aleatórias
- letra de al wat ik ben (697) - opwekking
- letra de chuck e. cheese gang - lil bad gurl
- letra de still buggin' - glow mechanics
- letra de everything to me - the lips
- letra de circle - softengine
- letra de adorar - shirley carvalhaes
- letra de ae fond kiss - traditional
- letra de geordnetes chaos - monsterblunt
- letra de all around the world - remastered - lisa stansfield
- letra de menina - camaleoa