
letra de bir sevgi - lalə məmmədova
[bənd 1]
səsimin haqqı yox səni haylaya
gözümün haqqı yox səni araya
ürək günahkardır, gərək tablaya
o səndən, o məndən nə uma bilər?
ömrümün haqqı yox səni gözləyə
ömrünün haqqı yox məni gözləyə
vüsal həsrət qalıb əzizlənməyə
o səndən, o məndən nə uma bilər?
[nəqərat]
bir sevgi gözləri pərişan gəzir
bir sevgi elə bil peşiman gəzir
bir sevgi vüsaldan nigaran gəzir
o səndən, o məndən nə uma bilər?
bir sevgi alışıb – yanmaq istəyir
bir sevgi haqqına güman istəyir
bir sevgi nə varsa, danmaq istəyir
o səndən, o məndən nə uma bilər?
[bənd 2]
dilimin haqqı yox “sevirəm” deyə
əlimin haqqı yox gözünü silə
hicran nə edəcək, qoy, özü bilər
o səndən, o məndən nə uma bilər?
ömrümün haqqı yox səni gözləyə
ömrünün haqqı yox məni gözləyə
vüsal həsrət qalıb əzizlənməyə
o səndən, o məndən nə uma bilər?
[nəqərat]
bir sevgi gözləri pərişan gəzir
bir sevgi elə bil peşiman gəzir
bir sevgi vüsaldan nigaran gəzir
o səndən, o məndən nə uma bilər?
bir sevgi alışıb – yanmaq istəyir
bir sevgi haqqına güman istəyir
bir sevgi nə varsa, danmaq istəyir
o səndən, o məndən nə uma bilər?
bir sevgi gözləri pərişan gəzir
bir sevgi elə bil peşiman gəzir
bir sevgi vüsaldan nigaran gəzir
o səndən, o məndən nə uma bilər?
bir sevgi alışıb – yanmaq istəyir
bir sevgi haqqına güman istəyir
bir sevgi nə varsa, danmaq istəyir
o səndən, o məndən nə uma bilər?
bır sevgi!
letras aleatórias
- letra de living for life - suicidal tendencies
- letra de hanging tree - arena
- letra de we belong [tracklist + album art] - gawvi
- letra de last young renegade - all time low
- letra de suwave - florian picasso
- letra de straight up - x (ykmg)
- letra de world on fire - louis the child
- letra de eleven - bearded legend
- letra de memang kenapa bila aku perempuan? - melly goeslaw & gita gutawa
- letra de crisp - prunella scales