letra de igid ölməlidir - l-mir
[bənd 1]
son zamanlar ancaq məyus oluram
bəlkə də bu yaşda möcüzələrə inanmaqdandır
getdiyim yerdə ayağım dolaşıb yıxılıram
deyirlər, tez-tez dönüb keçmişə baxmaqdandır
divardaki şək!llər də baxır arxaya
mən özümdə deyiləmsə, hardayam?
nəfsi sıxarkən küncə o, saçını yolur
sakitləşdirən sadə şeylər olur
su, nəfəs, gecə yağışı
təklikdə qalan bunu başa düşər yaxşı
mən ünvanı dəyişdim, sən soyadını
sevdim başqa qadını, sən söy adını!
və bir də danışma ədalətdən
vicdan əzabını günahsızlar çəkər, adətən
durna qatarı payızda köçür
bağışla, amma ömür uzundur bir sevgi üçün
[nəqərat]
sənin öz həyatın, mənim öz dünyam
sənin öz həyatın, mənim öz dünyam
sənin öz həyatın, mənim öz dünyam
sənin öz həyatın, mənim öz dünyam
[bənd 2]
indi mənə tək bir sığınacaq
kiminsə bərk döyünən ürəyi olacaq
ancaq nəfəsin məni indi də izləyir
çünki hər sevgi əbədi olmaq istəyir
bu nə alim sözüdür, nə dahiyənə fikir
əksinə müdrik öz bağında səbri əkir
sevgini lazımsız dostluqla ləkələmə
son elə sondur, şəkk eləmə!
xatirələr mənim də içimi yeyir diri-diri
unutmağı bacarmaqdı sağ qalmağın sirri
əvvəl barışa bilmirsən, əlləşirsən
ən pisi odur ki, sonda öyrəşirsən
sonra sübut da edəmmirsən heç kəsə
ki, sən uydurma deyilsən, sən olmuş hadisə
qəhrəmana isə yaraşmır sonda sağ qalmaq
ya igid ölməlidir, ya da ona maraq
[nəqərat]
sənin öz həyatın, mənim öz dünyam
sənin öz həyatın, mənim öz dünyam
sənin öz həyatın, mənim öz dünyam
sənin öz həyatın, mənim öz dünyam
letras aleatórias
- letra de sin će biti fudbaler - zorica marković
- letra de pains - icemhanic
- letra de skater - xikers (싸이커스)
- letra de body - elijah the boy
- letra de nyah nyah nyah - pere ubu
- letra de žena ostavljena - goca božinovska
- letra de caged in your zoo - slimes souls
- letra de roses - awakening sun
- letra de crime scene - elcammgguod
- letra de fabelwesen - trippie boi