letra de bənövşə - ləman rəhmanlı
[bənd 1]
evcik-evcik oynadıq
evciyimiz ev oldu
sonra evlərdən xəlvət
sevgimiz də doğuldu
ömürdən ötüb keçir
o illərin baharı
mən qaldım ilk baharda
neyləyim, tez yetişir
qızların son baharı
[nəqərat]
bir gün
bənövşə bəndə düşdü
bu xəbər kəndə düşdü
mənimlə var olan qız
özgə kəməndə düşdü
bənövşə bəndə düşdü
bu xəbər kəndə düşdü
mənimlə var olan qız
özgə kəməndə düşdü
[bənd 2]
toy səsi, mağar səsi
qəlblərin titrəməsi
yeniyetmə oğlanın
oturub çəmən üstə
var səslə hönkürməsi
sonra da bir bayatı:
su gələ gölə bir də
dərdimi bölə bir də
payız köçən bənövşə
yaz ola, gələ bir də
[nəqərat]
bənövşə bəndə düşdü
bu xəbər kəndə düşdü
mənimlə var olan qız
özgə kəməndə düşdü
bənövşə bəndə düşdü
bu xəbər kəndə düşdü
mənimlə var olan qız
özgə kəməndə düşdü
bənövşə bəndə düşdü
bu xəbər kəndə düşdü
mənimlə var olan qız
özgə kəməndə düşdü
bənövşə bəndə düşdü
bu xəbər kəndə düşdü
mənimlə var olan qız
özgə kəməndə düşdü
özgə kəməndə düşdü
letras aleatórias
- letra de so into you [remix] - tamia
- letra de wild life - tnt (band)
- letra de きっと永遠に (kitto eien ni) - crystal kay
- letra de amsterdam - aufbruch
- letra de go all the way, pts. 1 & 2 - the isley brothers
- letra de understand - a boogie wit da hoodie
- letra de irisim - איריסים - arik einstein - אריק איינשטיין
- letra de caught up in my pride - natiive & tre wright
- letra de dawn of new despair - naxen
- letra de mi patria es lo primero - pedro infante