letra de milyonda bir - iradə ibrahimova
[bənd 1]
mən bilirəm, indi bu ruhum
niyə səmaya uçmaq istəyir
hiss edirəm, sanki hər zərrəm də
tək-tək sənə qaçmaq istəyir
[keçid]
səndən danışarsam yenə, yetməz bir ömür
sığmaz zamana sözlərim
görmək üçün eşqi daha baxma uzağa
hər şey yazılıb, gözlərimdədir
[nəqərat]
mən qədər sevən yoxdur indi mində bir
varmı gözləri, baxsın belə dərin-dərin?
sanki baş verir bir eşqin tutulması
var olur belə sevda milyonda bir
mən qədər sevən yoxdur indi mində bir
varmı gözləri, baxsın belə dərin-dərin?
sanki baş verir bir eşqin tutulması
var olur belə sevda milyonda bir
[bənd 2]
mən bilirəm, indi bu qəlbim
niyə inadla axtarıb səni
hiss edirəm, bəlkə, həyat hər kəsdən gizli
yəqin, mənə saxlayıb səni
[keçid]
səndən danışarsam yenə, yetməz bir ömür
sığmaz zamana sözlərim
görmək üçün eşqi daha baxma uzağa
hər şey yazılıb, gözlərimdədir
[nəqərat]
mən qədər sevən yoxdur indi mində bir
varmı gözləri, baxsın belə dərin-dərin?
sanki baş verir bir eşqin tutulması
var olur belə sevda milyonda bir
mən qədər sevən yoxdur indi mində bir
varmı gözləri, baxsın belə dərin-dərin?
sanki baş verir bir eşqin tutulması
var olur belə sevda milyonda bir
mən qədər sevən yoxdur indi mində bir
varmı gözləri, baxsın belə dərin-dərin?
sanki baş verir bir eşqin tutulması
var olur belə sevda milyonda bir
[çıxış]
var belə sevda milyonda bir
(milyonda bir)
var belə sevda milyonda bir
(var belə sevda)
milyonda bir
milyonda bir
letras aleatórias
- letra de too long - theonlyace
- letra de snow bunni - elusin
- letra de звезда (star) - bikey dekada & nixx
- letra de match my energy - yung lobo
- letra de dreamchasin' - amarii davu
- letra de sterben ist menschlich - ohl
- letra de хлам (trash) - mozgi
- letra de the girl name shifter - aries
- letra de thanks4trisgivin - trisdaddythamac
- letra de dollamarijuana - amarii davu