letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de bulaq üstə - ilqar muradov

Loading...

[bənd 1]
bulaq üstə gedən gözəl, gedən gözəl
məni heyran edən gözəl, edən gözəl
bulaq üstə gedən gözəl, gedən gözəl
məni heyran edən gözəl, edən gözəl

bulaq suyu sərindir, özün sərin olma barı
bulaq suyu sərindir, özün sərin olma barı
sərin olsan, sönər, gedər eşqin alovları
sərin olsan, sönər, gedər eşqin alovları

[nəqərat]
mən necə dözüm? soyuqdur sözün
incitmə məni sən, ay gözəl
qaradır gözün, bilirsən özün
sevirəm səni mən, ay gözəl

[bənd 2]
sevgim sənin, qəlbim sənin, can sənindir
eşqin ilə yanan könül məskənindir
sevgim sənin, qəlbim sənin, can sənindir
eşqin ilə yanan könül məskənindir

bu atəşə su səpmə, gözəl, hər yan yansın, yansın
bu atəşə su səpmə, gözəl, hər yan yansın, yansın
iki qəlbdə bir sevginin odu alovlansın
iki qəlbdə bir sevginin odu alovlansın
bu atəşə su səpmə, gözəl, hər yan yansın, yansın
iki qəlbdə bir sevginin odu alovlansın

[nəqərat]
mən necə dözüm? soyuqdur sözün
incitmə məni sən, ay gözəl
qaradır gözün, bilirsən özün
sevirəm səni mən, ay gözəl

[bənd 3]
qışda çıxan günəş kimi parlaqsan sən
amma əsər yoxdur səndə hərarətdən
qışda çıxan günəş kimi parlaqsan sən
amma əsər yoxdur səndə hərarətdən

soyuq olma bu qədər, bulaq üstə gedən gözəl
soyuq olma bu qədər, bulaq üstə gedən gözəl
məni heyran edən gözəl, heyran edən gözəl
məni heyran edən gözəl, heyran edən gözəl

[nəqərat]
mən necə dözüm? soyuqdur sözün
incitmə məni sən, ay gözəl
qaradır gözün, bilirsən özün
sevirəm səni mən, ay gözəl
qaradır gözün, bilirsən özün
sevirəm səni mən, ay gözəl

letras aleatórias

MAIS ACESSADOS

Loading...