
letra de inanmaram - ilahə ismayılova
[bənd 1]
gözlərəm səni
gəl, üzmə məni
gəl, ay yarım
gözüm qalıb yollarında
güllər açıldı
bülbüllər ötdü
harada qaldın?
gözəl yarım, qaldın harada?
[keçid]
deyirlər, məndən
üz döndərmisən
mən bu sözlərə
inanmaram, inanmaram
özgə birinə
könül vermisən
mən bu sözlərə
inanmaram, inanmaram
[nəqərat]
o gözlərdən, o gözlərdən
küsərəm mi, küsərəmmi?
ayrılığa, ayrılığa
dözərəm mi, dözərəmmi?
yarın həsrətinə dözərəm hər an
durub yollarında gözlərəm hər an
yarın həsrətinə dözərəm hər an
durub yollarında gözlərəm hər an
[bənd 2]
laləli düzdə
cığırda, izdə
qoşa gəzib
yığardıq biz bənövşələr
bu sevgimizin
şahidi olub
buz bulaqlar, göy çəmənlər
o gülşənlər
[keçid]
deyirlər, məni
sən unutmusan
mən bu sözlərə
inanmaram, inanmaram
əhdimizə sən
dönük çıxmısan
mən bu sözlərə
inanmaram, inanmaram
[nəqərat]
o gözlərdən, o gözlərdən
küsərəmmi, küsərəmmi?
ayrılığa, ayrılığa
dözərəmmi, dözərəmmi?
yarın həsrətinə dözərəm hər an
durub yollarında gözlərəm hər an
yarın həsrətinə dözərəm hər an
durub yollarında gözlərəm hər an
letras aleatórias
- letra de situationship - yungbc
- letra de биба и боба - del206
- letra de richer than richer than rich - ladies love moka
- letra de orologi - yunes lagrintaa
- letra de таблетки(pills) - keepyy
- letra de baby bambik - sg is here
- letra de chaos dream - forest green
- letra de tired of poosay - cupcakke
- letra de cosa rara y narizona - tatiana
- letra de object permanence - wonktown