
letra de ağlaram - ifrat dünyamalıyev
[ bənd 1 ]
gecələr susa dodağım, gözlərimin səsi artar
elə bil mən ağladıqca, saatın dəqiqəsi artar
sənə ağlamağı da sevərəm, ürəyin nəğməsi artar
ağlaram, ağlaram
yumaram gözlərimi zümzümələrlə soraqlaşaram
ağlaram
[ nəqarət 1 ]
ağlaram ağlaram
gecələr tənhalığınla, xəyalınla qucaqlaşaram
ağlaram
[ bənd 2 ]
sən gedən gündən həyatım, həyatıma qalmayıb maraq
ürəyin kirayə mənzil, ora bir özgədir qonaq
beşikdir yoxluğun mənə, mən isə ağlağan uşaq
ağlaram, ağlaram
ötdükcə fəsillər, aylar, mən əksinə uşaqlaşaram
ağlaram
[ nəqarət 2 ]
ağlaram ağlaram
gecələr tənhalığınla, xəyalınla qucaqlaşaram
ağlaram
ağlaram
[ bənd 3 ]
bir şəhərdə yaşamağımız məni məhbus edib evdə
düşünürəm sən də gəzərsən mən gəzən yerləri bəlkə
qoynunda körpə yanında yerimin sahibi özgə
ağlaram, ağlaram
qorxuram səninlə ömrüm həmin anda qabaqlaşaram
ağlaram
[ nəqarət 3 ]
ağlaram ağlaram
gecələr tənhalığınla, xəyalınla qucaqlaşaram
ağlaram
[ bənd 4]
sənə zəng eyləmirəmsə istərəm səbəbin biləsən
deyirəm sənə zəng etsəm və soruşsam ki “-necəsən?”
qorxuram mənə cavabında elə xoşbəxtəm deyəsən
ağlaram, ağlaram
sənə bildirmərəm ancaq telefondan uzaqlaşaram
ağlaram
[ nəqarət 4 ]
ağlaram ağlaram
gecələr tənhalığınla, xəyalınla qucaqlaşaram
ağlaram
letras aleatórias
- letra de la prairie - reve olver
- letra de adrenalin - fero
- letra de mi debilidad - alejandra guzmán
- letra de aye wait - larry june
- letra de nonstop drummer - big sir
- letra de cats on the cliff - the butlers
- letra de chopsticks and champagne - first in flight
- letra de morir solo - prince royce
- letra de solo dinero - akasha kid
- letra de ice cream song - mbmbam