letra de idwms - herointrap
danışmaq istədikcə bu içdən içə səsim kəsilir
sandığınız qədər deyil kirli nəfəsim
rəqs edirəm ruhum ilə birgə bəs bəlli
vəs vəsələr qulağıma verir təsəlli
susuram atıram içimə
gecə uçuram göyüzünə bürünüb səssizliyimə
qaranlığa tez alışdım niyə görəsən
sonum olacaq səbəbsiz yerə gələn kor əsəb
budu səhv
yıxdım illərcə qurduğum bom boş həyatı
sən demə yazmadıqlarım yeyir ömrümü
çölümü cənnət içimi cəhənnəm alıb
ona görə əllərim çox təmiz görünür
sadə görünə bilər amma bu bəyanım
tanrıya olan duam bitirib özümü
nifrətim demək olar bürüyüb hər yanı
bədənimdə var hər türlü alova dözüm
sakitləşir günlər daha təksən bütün gün
nifrət elədiyin məktəb səni güldürür
gözündən yaş axanda tək anan üzülür
anlayırsan bacarmağın bir tək onun çün
heçkəs səni önəmsəmir özün xaricində bunu dərk elədin niyə belə gec, belə gec
önünə qoyulmuş heç bir variantın yox ona görə özün yarat üç variantdan birisini seç, ah
biri ölüm biri qalım məsələsi o biri ailənin sənə bəxş etdiyi eşq
yolun yol deyildi buna görə başqasının yaşamağıyçün özünün acınası ölümünü seçdin
hisslərinlə boğuldun hər dəfə
düşüşlərin səni yüksəltdi əsas hədəfə
oxumuram oxuduğum musiqi sənə nə?
məni dəyişdirdi sonda bu 16-cı mərtəbə
şeytan önümdə silahım alnına tərəf
mənim gələcəyimə yalvardığım qədər
yalvarır önümdə tanrı məni izləyir
deyir ki sənə nə günah versəm ruhuna yanğın da az hələ
letras aleatórias
- letra de esther - peter morén
- letra de breathe slow - bonelang
- letra de have yourself a merry little christmas - julia sheer & tyler ward
- letra de shy girl - andy and the rockets
- letra de i told the storm - greg o'quin 'n joyful noyze
- letra de max it out - electric guest
- letra de unknown - letter to my first luv (carry on remix) - unknown24thenight
- letra de revelations - yasiin bey
- letra de szczęście - szczepan kln
- letra de i'm in love with the music biz - princess superstar