
letra de vətənim - hatəm nəbioğlu
[bənd 1]
uca dağlar, göy meşələr, bulaqlar
nə gözəldir, nə gözəldir vətənim
ürəyimdə coşub daşan arzular
nə gözəldir, nə gözəldir vətənim
nə gözəldir, nə gözəldir vətənim
nə gözəldir, bir cənnətdir vətənim
[nəqərat]
ömrümün bir anı keçməz vətənsiz
sənə olan məhəbbətim bir dəniz
sən mehriban, sən qayğıkeş, sən əziz
nə gözəldir, nə gözəldir vətənim
nə gözəldir, bir cənnətdir vətənim
[keçid]
tale bizə bəxş eyləmiş cənnəti
cah-calalı, tükənməyən sərvəti
yayılıbdır hər tərəfə şöhrəti
nə gözəldir, nə gözəldir vətənim
nə gözəldir, bir cənnətdir vətənim
[nəqərat]
ömrümün bir anı keçməz vətənsiz
sənə olan məhəbbətim bir dəniz
sən mehriban, sən qayğıkeş, sən əziz
nə gözəldir, nə gözəldir vətənim
nə gözəldir, bir cənnətdir vətənim
[bənd 2]
haqqım var ki, mən səninlə öyünüm
ürək olub torpağında döyünüm
sən hayqırtım, sən harayım, sən ünüm
nə gözəldir, nə gözəldir vətənim
nə gözəldir, bir cənnətdir vətənim
[çıxış]
tale bizə bəxş eyləmiş cənnəti
cah-calalı, tükənməyən sərvəti
yayılıbdır hər tərəfə şöhrəti
nə gözəldir, nə gözəldir vətənim
nə gözəldir, bir cənnətdir vətənim
letras aleatórias
- letra de phobia (acoustic version) - musicirano
- letra de african dreamer - onlyvizzz
- letra de baila conmigo - las bambitches
- letra de tamarind targets - left lane didon & tha god fahim
- letra de 추억은 기억보다 (memories #2) - kangta
- letra de kauas - jarkko ahola
- letra de broken [explicit] - gavin k
- letra de wrong tonight - pace randolph
- letra de la bella estate - tricarico
- letra de out of my mind - wei xu