letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ağlama - h.o.s.t. alliance

Loading...

[bənd 1: aid]
ölülərim sevinsin, gəldi tanrınız
əsrlərlə, qəddarcasına alovlarda yandınız
yox olmuşam sandınız, amma artıq burdayam
çox amansız, çox qəddar cəzalar arzusundayam

gəlmələrin ruhuyam, səmalardan gəlmişəm
qaranlığıma bağlıyam, mən maranı sevmişəm
dirilərdən bezmişəm, onlar üçün kor yuxuyam
cansızlıqdır dərdiniz, sizlər üçün oxuyuram
ağlama, yaşla dolar qanı içilmiş qəlbiniz
söz demə, duyan olar, var özünüzdən sirriniz
çətindirmi yaşamaq günahsız, sevgisiz?!
küləklidir həyat yolunuz, gəmilərsə yelkənsiz

ölülərimin cərgəsinə, namizədsiz hər biriniz
diliniz yedizdirir yalan yeyən qarğaları
kəşf etdim daş ürəklərdə boş məzarları
hiss etdim cənnətdən uzaqlaşan tayfaları

qayaları parça-parça etməyə qadir insan!
nə acizsə duyğularda qorxu görüb ağlayanda
tənhalıqdan qışqıranda əl uzatdım, istəmədin
sən həyatsan, mən ölüməm, ağlayacan qovuşanda

inanmadın, “yox ol” dedin, xoşbəxtsənmi bu həyatda?!
milyonlar üçün əsir oldun, qeyb olmusan sarmaşıqda
dua etdin, göz istədin, allah verdi, bəyənmədin
can istədin, onu da verdi, fitnələrdən bezmədin!

gündüzlərə göz yumuldu, gecələrdə həsrət qaldı
işiqa, inama nifrət vardı, qulaqlarda qeybət vardı
ümid vardı sandı – yandı, qanda xeyli igid vardı
cənnət əhli darıxırdı, orda tənha şəhid vardı

bəs nə oldu? gözün doldu, bu tək yoldur, yolda koldur
qaradonlu qarğa qondu, taxta qondu, qanını sordu
güclü ordu gözünə durdu, mən deyirdim, üzünə durdu
qəddar tələ izinə qurdu, tab gətirmir artıq sondur!
[bənd 2: dərviş]
barmaqları çürümüş bəstəkarın nəğməsi, yara basmış dilimdə
hər gecə onun səsiylə, ağrılarla oyanır qara dərviş içimdə
ağlıyır heç vaxt ağlamayan susuz çöllərim, keçmiş, itmiş izlərim
bağırdım, bağırtım ağrımla bağrımı yandırdı, yandı hisslərim

tərkidünyalıq, əzablarla dolu boxça qırışmış əlimdə
illərlə yaşadığım, yaşatdığım basdırılmış hisslər bükülmüş belimdə
izdiham içində getsəm də, getməsəm də, itsəm də, itməsəm də
onsuz da yorğun baxışlar çevirdi həyat düşüncələrimi başqa səmtə

“ağlama” dedim, amma ağladı, qulaq asmadı göz yaşlarım gələcəyimi görən kimi
bilən kimi ki, həsrət sonu ünvan olub kədər bunu gülə-gülə deyən kimi
itən kimi sevinc möhürləri həyatımdan ayaq açıb, qaçıb gedən kimi
kimi sınağa çəkər görən fələk aldığım çətin nəfəs bitən kimi?!

paltarım – əməllərim. o da qara, çirkli, cırıq, sökük!
sus dərviş! sakit ol! qarğa, mete, aid bu gün nə isə sönük
ümidsiz xəyallarım itkin düşmüş ümidlər yoluma səd çəkər
ağrı, nəfəs, kömək, ömürlük tənhalıq və qaranlıq gələr

[bənd 3: qaraqan]
qanadlarıma sığal çək, qucaqla belimi, başını sinəmə qoy
gözünü yum, say ona kimi
qollarımda gizlən, özünü axtar, özünü tap içimdə
ipək saçların tökülsün üzümə, gözlərin gətirdi gecəni
sinəmi tut, dərimi cır, ətimi did, qabırğalarımı sındırıb
tap ürəyimi, əgər varsa, mənə də göstər, əgər yoxsa
gizlə, yalandan de – “var! dərində doyünür hələ də”
dırnağınla cız üstündə adını, əbədi qalsın orda

güllər ək! sevgimiz qədər gözəl, zəhərli
tikanlarını qır dişinlə, tüpür ocağa, yansın, itsin
biz susaq, dodaqlar danışsın, nağıldan-nağıla gəzək
əl-ələ tozlu səhifələrdə, ən dərin zirvələrdə

nalə çək, qışqır adımı əbədi karlar ölkəsində
çılpaq qayaların yasında dalğalar gələndə
məni də çağır! darıxsan, utanma, mən də darıxacam
göz yaşım islatdı, amma qığılcımla alışacam

ağlama! gəl qarışaq südlə bal kimi! odla köz kimi!
bir az döz mənə! bir az sev məni
bir az inan! qısqan bir az içimdə qarğalarıma
tulla qaydalarını! gəl sökək tərbiyə pərdələrini

parçala, yol əllərinlə saçımı dibindən
dişlə dodağı, qanını tök yanağıma, iyrənim bir az
günəşi ört adınla, qaranlıqda tüstü-dumana qarışaq
zamanı saxla, son nəfəsdə cəhənnəm oduyla alışaq

[bənd 4: promete]
diyirlənir yenə qələm ucunda diyircək
nəfəs də ağır-ağır gedir-gəlir, quruyub boğaz, yoxdur tüpürcək
sonuncu tüstümdür – dostum, götür çək! yanımda dərviş
ölüm tanrısı, qarğa – qara lələklə yoluma davamdayam

sənsə qulaqlarına hakim kəsilmiş
bu kəsin səsin bir azcıqda aç, yerini rahatla
fikirlərimə “azad!” əmri verib qanadlan
xoşuna gələn mövzulardan geriyə qayıtma

qon, qal oralarda! don demişəm
bütün çərçivələrə və sərhədlərə son demişəm
saatlar gücsüz olub, işləmir əqrəblər
bədən yorulmuş ayaqlar üstündə, amma bitmir tələblər

əllər isə yorulmur, yazır, bitmir səbəblər
ölmüş sinirlərlə özünü ayırıb beyindən əsəblər
başıma qonmuş dövlət quşudur – qarğa
mən isə dərviş, ölüm tanrısıyla müqaviləm var

öldürə bilməz trek bitməmiş! “replay” bas – uzat ömrümü
ya da ki, ölsəm, ağlama, vəsiyyətimdir – yas saxlama!
dumanım bitdi, vidalaşdım, dedim – “gözləmə”
bundan sonra tək dostam özüm-özümə mən

letras aleatórias

MAIS ACESSADOS

Loading...