
letra de ürəyimi al - həmidə hüseynova
[bənd 1]
yoxluğun ölüncə bir ömür
kölgətək yolunda sürünür
ruhum hissə-hissə bölünür, bölünür
qəlbim hislərimlə döyünür
son ümid günəş kimi sönür
ruhum hissə-hissə bölünür, bölünür
[keçid]
yollar ayrılıb sola-sağa
sevmişik uzaqdan-uzağa
hər tərəfdə sənsizliyin yeri görünür
[nəqarət]
ürəyimi al sevginin əvəzində
bir ömür onu saxla, saxla özündə
ən dəyərli adamımsan yer üzündə
mən özümü yad gördüm, doğma gözündə
doğma gözündə
[bənd 2]
sevgi çoxlarını yola salar
verdiyi nə var geri alar
qəlbi parça-parça paralar, paralar
bir yaşanmamış yuxu olar
üzdə xoş təbəssümü qalar
gizlənər dərində yaralar, yaralar
[keçid]
yollar ayrılıb sola-sağa
sevmişik uzaqdan-uzağa
hər tərəfdə sənsizliyin yeri görünür
[nəqarət]
ürəyimi al sevginin əvəzində
bir ömür onu saxla, saxla özündə
ən dəyərli adamımsan yer üzündə
mən özümü yad gördüm, doğma gözündə
doğma gözündə
letras aleatórias
- letra de chatty - braves & taiwo
- letra de aime-moi - maxime auguste
- letra de стіна (the wall) - океан ельзи (okean elzy)
- letra de compliments returned - tony rose
- letra de og's - mz
- letra de the oath - frostspawn
- letra de beluga - ice criminel
- letra de nie chciałem - kaen
- letra de the ballad of the human - justin arbini
- letra de ti ne znaš šta ćeš da budeš kad porasteš - riblja čorba