
letra de gərəkməz - gülyaz məmmədova
[bənd 1]
mənə sənsiz cahanu can gərəkməz
vüsalın var ikən hicran gərəkməz
mənə sənsiz cahanu can gərəkməz
vüsalın var ikən hicran gərəkməz
ləbi-ləlin zülal abından ayrı
şərabı-çeşməyi-heyvan gərəkməz
qəmindir könlümün təxtində sultan
bir iqlimə iki sultan gərəkməz
[nəqərat]
yetər dərdin dəva müştaqə, neçün
ki, dərdin bilənə dərman gərəkməz
yetər dərdin dəva müştaqə, neçün
ki, dərdin bilənə dərman gərəkməz
gülüstanın gülü sənsiz tikandır
mənə sənsiz gülü reyhan gərəkməz
gülüstanın gülü sənsiz tikandır
mənə sənsiz gülü reyhan gərəkməz
[bənd 2]
gəl, ey aşiqlərin rizvanı hüsnün
ki, sənsiz aşiqə rizvan gərəkməz
gəl, ey aşiqlərin rizvanı hüsnün
ki, sənsiz aşiqə rizvan gərəkməz
iki aləmdə didarından özgə
mənə, ey sürəti-rəhman, gərəkməz
vüsalın şərbətin içən mühibbə
fəraqın ağuşu çəndən gərəkməz
[nəqərat]
mənə səbir eyləmək sənsiz, nigara
əgər müşkül, əgər asan gərəkməz
mənə səbir eyləmək sənsiz, nigara
əgər müşkül, əgər asan gərəkməz
əzəldə qılmışam eşqinlə peyman
bütün peyman, sınıq peyman gərəkməz
əzəldə qılmışam eşqinlə peyman
bütün peyman, sınıq peyman gərəkməz
[çıxış]
kəsilməz gərçi vəslindən nəsimi
gözündən olduğun pünhan gərəkməz
kəsilməz gərçi vəslindən nəsimi
gözündən olduğun pünhan gərəkməz
letras aleatórias
- letra de the crying game - trent tomlinson
- letra de street fighter - merky ace
- letra de tijolo - ana cañas
- letra de rose marie - burro banton
- letra de shrines to sadness - debt to the deathless
- letra de por ti - florentino
- letra de my letters - jennifer flor
- letra de mohnblumenfeld - luttenberger*klug
- letra de insane - dead sunday
- letra de machine - sfb