
letra de tələsmə - gülyaz məmmədova & gülyanaq məmmədova
[bənd 1]
bu qoca dünyada sevgi əzəlsə
qəlbimdə bir duyğu, ümid gəzərsə
elə bu dünyada bahar gözəlsə
dayan, bahar çağı, qışa tələsmə
bu qoca dünyada sevgi əzəlsə
qəlbimdə bir duyğu, ümid gəzərsə
elə bu dünyada bahar gözəlsə
dayan, bahar çağım, qışa tələsmə
[keçid]
hələ ki baharın yelləri əsir
sevgidən qəlbimin telləri əsir
onsuz da vaxt keçir, zaman tələsir
saça dən gətirən yaşa tələsmə
[nəqərat]
nəğmə deməliyəm çiçəyə-gülə
qəlbimdə məhəbbət dil açır yenə
ömrümün baharı gələcək hələ
tələsmə, ürəyim, yaşa, tələsmə
nəğmə deməliyəm çiçəyə-gülə
qəlbimdə məhəbbət dil açır yenə
ömrümün baharı gələcək hələ
tələsmə, ürəyim, yaşa, tələsmə
[bənd 2]
hələ ulduzlarla çox söhbətim var
mənim də taledən bir qismətim var
ürəyimdə gizli məhəbbətim var
gəl ömrü vurmağa başa tələsmə
hələ ulduzlarla çox söhbətim var
mənim də taledən bir qismətim var
ürəyimdə gizli məhəbbətim var
gəl ömrü vurmağa başa tələsmə
[keçid]
hələ ki baharın yelləri əsir
sevgidən qəlbimin telləri əsir
onsuz da vaxt keçir, zaman tələsir
saça dən gətirən yaşa tələsmə
[nəqərat]
nəğmə deməliyəm çiçəyə-gülə
qəlbimdə məhəbbət dil açır yenə
ömrümün baharı gələcək hələ
tələsmə, ürəyim, yaşa, tələsmə
nəğmə deməliyəm çiçəyə-gülə
qəlbimdə məhəbbət dil açır yenə
ömrümün baharı gələcək hələ
tələsmə, ürəyim, yaşa, tələsmə
nəğmə deməliyəm çiçəyə-gülə
qəlbimdə məhəbbət dil açır yenə
ömrümün baharı gələcək hələ
tələsmə, ürəyim, yaşa, tələsmə
yaşa, tələsmə
letras aleatórias
- letra de wasting time - yun head
- letra de be my own boyfriend - olivia dean
- letra de 13 b'ak'tun - serocs
- letra de top form - nyashinski
- letra de contract - mecha maiko
- letra de kəpənəklər - nog
- letra de cat's in the cradle - the relentless (movie)
- letra de sabrina - frankslastday
- letra de скорость (speed) - valistix
- letra de half my heart - cobe jones