letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de gilənar - gülyanaq məmmədova

Loading...

[bənd 1]
gözüm gördü, könlüm sənə vuruldu, a balam, vuruldu
gözüm gördü, könlüm sənə vuruldu, a balam, vuruldu
isbatı qəlbimin yarasındadır, isbatı qəlbimin yarasındadır
sevmək eyib deyil bizim zamanda, a balam, zamanda
günah gözlərinin qarasındadır

[nəqərat]
o taylısan, bu taylısan
şəmkirlisən, şirvanlısan
göyçəlisən, kəlbəcərlisən
bizim ellisən, şirin dillisən
a sonam, a sonam, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm mən, ey!
a zalım, a zalım, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm
səni mən sevirəm

[bənd 2]
sevməyə bilərmi bülbül çəməni, a balam, çəməni?
sevməyə bilərmi bülbül çəməni, a balam, çəməni?
laləni, nərgizi, həm yasəməni
laləni, nərgizi, həm yasəməni
[nəqərat]
o taylısan, bu taylısan
incəbellisən, qaratellisən
dərdin alım, ağrın alım
gilənar, sona yar, ay tazə yar
a zalım, a zalım, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm mən, ey
səni mən sevirəm
a sonam, a sonam, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm
səni mən sevirəm

[muğam]
nuri-didəm, sənə qurbandır bu canım, bəri gəl
nuri-didəm, sənə qurbandır bu canım, bəri gəl
bir qədər asta yeri sərvi-rəvanim, bəri gəl
sən kimi, sən kimi incə gülün bülbülü, şeydası mənəm
yayılıb gülşənə, bil, ahu-fəğanım, bəri gəl
nə qədər dözməliyəm, söylə görüm, hicri-qəmə?
nə qədər dözməliyəm, söylə görüm, hicri-qəmə?
qalmayıb ində mənim səbrü-qərarım, bəri gəl
bikəsəm, halim sorsan şad olaram
çünki varımdır sənə sirri-gümanım, bəri gəl, bəri gəl, bəri gəl
[bənd 3]
istəsən alovlat, istəsən söndür
a balam, ya öldür
istəsən alovlat, istəsən söndür
ay balam, gəl öldür
qəlbim odla suyun arasındadır

[nəqərat]
o taylısan, bu taylısan
səni yanasan
bir dənəsən
ay balam, ay balam, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm mən, ey!
a sonam, a sonam, ölürəm
səni mən sevirəm
gilənar, ölürəm, qadan alım
səni mən sevirəm
səni mən sevirəm, ay!

letras aleatórias

MAIS ACESSADOS

Loading...