letra de səni unutmaqdan ötrü - güllü muradova
[bənd 1]
ən dözülməz ağrılara, acılara tab edirəm
şeytandan ümid umuram, iblisə xitab edirəm
ürəyimin al qanını döndərib kabab edirəm
başıma çəkib içirəm səni unutmaqdan ötrü
arzumu kəsib biçirəm səni unutmaqdan ötrü
[nəqərat]
röyalara meyl edirəm, bəlkə, yadımdan çıxasan
gözlərimi qırpan təki görürəm, mənə baxırsan
sən həqiqətin özüsən, ay aman, ya xəyalısan, yuxusan?
öz-özümlə döyüşürəm səni unutmaqdan ötrü
qabıq verib dəyişirəm səni unutmaqdan ötrü
[bənd 2]
ayla həmfikir oluram uzun-uzun gecələri
gündüzləri sağa-sola hey ölçürəm küçələri
otağımda gizlənirəm, sındırırsan pəncərəmi
ünvanımı dəyişirəm səni unutmaqdan ötrü
daha nə yollar düşünürəm səni unutmaqdan ötrü
[nəqərat]
röyalara meyl edirəm, bəlkə, yadımdan çıxasan
gözlərimi qırpan təki görürəm, mənə baxırsan
sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan?
öz-özümlə döyüşürəm səni unutmaqdan ötrü
qabıq verib dəyişirəm səni unutmaqdan ötrü
səni unutmaqdan ötrü…
letras aleatórias
- letra de hiding in the wings - ginny vee
- letra de god's bloody throne - stonecutters
- letra de 枯葉 (kareha) - 大貫妙子 (taeko ohnuki)
- letra de baila conmigo - adexe & nau
- letra de life is a dream - wes reeve
- letra de looking for a star (demo 1) - xxxtentacion
- letra de tcheamo - pazeto
- letra de lonely days - draganov
- letra de unlikely girl - band of holy joy
- letra de la canzone del rumore - sick tamburo