letra de dizzy mind - fredy dizzy
[bənd 1: fredy dizzy]
gündüzlərimi açıram mən neftçilərdə
burnuma qoxusu gəlir mixəyin peçenyelərlə
anam çay dəmləyir üstündən içirəm və
intihar düşüncəsi fikrimdən keçir hərdən
bilmirəm ki, nədi canımın bu azzarı
soyuqdu ayazları qışın, geyib boğazı qalın
düşüb çölə bir az ayıl
ötüb keçir fikri qalır
keçdiyin günləri də sayıb düşün fərid daha nə qalıb?
bax ətrafa doyunca
kiminə həyat oyuncaq
yarımcan qalanacan həzz verir həyəcan
səncə dayanacaq? yox, o qılar əncam
ancaq kiminin batar gəmiləri
kiminə gecə gələr ilham pəriləri
dərdi-səri pul olan satar səni-məni
sərvəri irəli apar o, geri gəlir
[keçid: fredy dizzy]
bu nədi? niyə belədi bu dövran?
incil, tövrat ya da ki, quran
olmuyubmu bizə düzü buyuran?
[bənd 2: fredy dizzy]
hansı birinə elədik əməl
məəttəl qalma hamısı da beynəlmiləl olub
zamanla insan belə minər
söylə nə vaxtsa tutmusan elə bir əl?
ah, mən də deyiləm təmiz
nə də bir kəhriz imdadıma çatmaz ki
eləsin məni tərxis
elə bir hiss yoxdu bu dünyada ola
kimsə də eləsin tədris
nə də bir pəhriz arıqlada bilməz ruhumu
keçə bilsin dəhliz
elə bildiz olmasa çiskin
heç vaxt çıxa bilməz üzə ilbiz
belə dilsiz olmağı sözsüz
çoxdan seçib özünə bir iş iblis
belə pis-pis baxma hər gecə yatmaq
edə bilməz səni müflis
əgər isti yatağından durub etsən
şükür bu günə hər gündüz
bir də düşüncələr içində mən
məhbus qalmışam çıxa bilmirəm
ələxsus divarların hər biri mənə məxsus
qırıb dağıtmağa da gücüm yox əfsus
ölümün sonlarında da məcbur
bəlkə özüm özümə oldum əfruz
21 ildi bax belədi bu məzlum
qısacası məndə belədi bu məzmun
elə bəs bu
letras aleatórias
- letra de lap of the godz - ryu
- letra de kommandoran - räserbajs
- letra de punk - punxxx
- letra de ego - percy96
- letra de waves - stolen jars
- letra de blox - roblox da gamer
- letra de helluva price (freestyle) - daj
- letra de sorrow (for leonard and william) - daniel romano
- letra de i need a girl - cash cobain
- letra de i don't wanna fall in love - marcus & martinus