letra de qayıdan deyiləm - flora kərimova
[bənd 1]
baxmadım ürəyimin
qanadlı arzusuna
sındırdın, ayaqladın
getdin gözlərimdə qəm
[keçid]
bütün gedənlər gələr
qayıdar yuvasına
təkcə məni gözləmə
mən qayıdan deyiləm
bütün gedənlər gələr
qayıdar yuvasına
təkcə məni gözləmə
mən qayıdan deyiləm
[nəqərat]
ürəkdən qurban olmaz
ürək sevgidən baha
hansı təzə söz qonar
bu saralmış yarpağa?
ömrümü girov qoyub
duyğu satan deyiləm
darıxan özü gedər
mən qayıdan deyiləm
[bənd 2]
sevən ölüm istər
biganəlik istəməz
qurutduğu bir kolda
yaşıl yarpaq gözləməz
[keçid]
ürəyə yatmıramsa
dilə yatan deyiləm
geriyə yol bağlıdır
mən qayıdan deyiləm
ürəyə yatmıramsa
dilə yatan deyiləm
geriyə yol bağlıdır
mən qayıdan deyiləm
[nəqərat]
ürəkdən qurban olmaz
ürək sevgidən baha
hansı təzə söz qonar
bu saralmış yarpağa?
ömrümü girov qoyub
duyğu satan deyiləm
darıxan özü gedər
mən qayıdan deyiləm
letras aleatórias
- letra de berbucks in the rafters - caroliner
- letra de легион (single) - mable's broadway
- letra de overkill - dolorres
- letra de the break - brick by brick
- letra de nie erwachsen - twizzla67, beley
- letra de plastic pictures on the wall - finding aureus
- letra de mr. carisma - ximena sariñana
- letra de gradska deca - biba
- letra de how it was (outro) - vrolance
- letra de jenny come in - joan shelley