letra de nəyinə gərək - flora kərimova
[bənd 1]
daha mən sənin üçün keçilmiş yolam
oxunmuş kitabam, dərilmiş çiçək
dönüb indən belə lap qızıl olam
ya ki daş parçası – nəyinə gərək?
[nəqərat]
qıyma məhəbbətin cavan çağına
payız həsrət çəkər yaz yarpağına
ölmüşəm, qalmışam – nəyinə gərək?
harada qocalmışam – nəyinə gərək?
harada qocalmışam – nəyinə gərək?
[bənd 2]
axı hər çiçəyin ömrü bir dərim
köksündə nar kimi yetişib ürək
nəyinə gərəkdir yorğun əllərim?
dalğın xəyallarım nəyinə gərək?
çatar qulağına uzaq sorağım
yaxın ülfətimin dərdini az çək
nəyinə gərəkdir solan yanağım?
soluxan dodağım nəyinə gərək?
soluxan dodağım nəyinə gərək?
[nəqərat]
qıyma məhəbbətin cavan çağına
payız həsrət çəkər yaz yarpağına
ölmüşəm, qalmışam – nəyinə gərək?
harada qocalmışam – nəyinə gərək?
harada qocalmışam – nəyinə gərək?
letras aleatórias
- letra de le tout dernier espoir - zefire (fr)
- letra de dreaming - caitlynne curtis
- letra de it makes me so sad - john edmond
- letra de banana king on broadway - rasheed chappell
- letra de up and down - raheem devaughn
- letra de bate forte tambor (tic tic tac) - grupo da costa
- letra de berserkers (prod. zach sutto) - djakgunov
- letra de promise - seas on the moon
- letra de look at this - rexx life raj
- letra de #hot16challenge2 - buszu