letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de mənəm - flora kərimova

Loading...

[bənd 1]
baxıb keşməkeşli ömür yoluma
ağlayan da mənəm, gülən də mənəm
vüsalına həsrət, göz yaşlarımı
axıdan da mənəm, silən də mənəm

sənsiz gör nə qədər yaşadım hədər
saçımı ağartdı bu qəm, bu kədər
səndən bir xoş xəbər alana qədər
dirilən də mənəm, ölən də mənəm

[nəqərat]
mənsiz kədər ömrünün payı
çəkdiyin dərdlərin bilinmir sayı
sənin kimin var ki məndən savayı?
padşahın da mənəm, kölən də mənəm

mənsiz kədər ömrünün payı
çəkdiyin dərdlərin bilinmir sayı
sənin kimin var ki məndən savayı?
padşahın da mənəm, kölən də mənəm

ağlayan mənəm, gülən də mənəm
padşahın mənəm, kölən, kölən də mənəm

[bənd 2]
ömrünü səninlə bağlayan da mən
sənin hər kəlməni anlayan da mən
səni uşaq kimi danlayan da mən
dərdini səninlə bölən də mənəm
sənin qeyrətin də, ülfətin də mən
sənin sevincində, zillətində mən
qaranlıq gecəndə, zülmətində mən
ömrünə nur saçan şölən də mənəm

[nəqərat]
mənsiz kədər ömrünün payı
çəkdiyin dərdlərin bilinmir sayı
sənin kimin var ki məndən savayı?
padşahın da mənəm, kölən də mənəm

mənsiz kədər ömrünün payı
çəkdiyin dərdlərin bilinmir sayı
sənin kimin var ki məndən savayı?
padşahın da mənəm, kölən də mənəm

padşahın mənəm, kölən də mənəm
ağlayan mənəm, gülən, gülən də mənəm

mənsiz kədər ömrünün payı
çəkdiyin dərdlərin bilinmir sayı
sənin kimin var ki məndən savayı?
padşahın da mənəm, kölən də mənəm

mənsiz kədər ömrünün payı
çəkdiyin dərdlərin bilinmir sayı
sənin kimin var ki məndən savayı?
padşahın da mənəm, kölən də mənəm
padşahın mənəm, kölən də mənəm
ağlayan mənəm, gülən, gülən də mənəm

letras aleatórias

MAIS ACESSADOS

Loading...