letra de görüş - flora kərimova
[bənd 1]
günəş dağlar arxasına çəkilib artıq
yenə parlaq ulduzlarla dolub kəhkəşan
sevinc dolu gözlərimdə bir nigaranlıq
burada durub gözləyirəm səni bayaqdan
burada məni hər gələn səs hər düşən kölgə
diksindirir ürəyimi, salır təşvişə
sənsə gəlib çıxmayırsan, deyirəm bəlkə
mən vaxtından tez gəlmişəm bu gün görüşə
sənsə gəlib çıxmayırsan, deyirəm bəlkə
mən vaxtından tez gəlmişəm bu gün görüşə
[bənd 2]
yox, yox, budur, sən gəlirsən gülümsəyərək
gəlişinlə bir səadət verirsən mənə
elə bil ki dilə gəlir sinəmdə ürək
pıçıltı ilə, asta-asta söyləyir sənə
gözlərimdə günəş kimi yüksəlməsəydin
eşqimizin ilk baharı vaxtsız solardı
əgər bu gün bu görüşə sən gəlməsəydin
yer üzündə bir səadət əksik olardı
əgər bu gün bu görüşə sən gəlməsəydin
yer üzündə bir səadət əksik olardı
[çıxış]
sən gəlməsəydin…
letras aleatórias
- letra de chardonnay - ian diokno
- letra de yellow pig (feat. stefan schmidt & davit drambyan) - spaceguitar
- letra de find another bed - ethan charles
- letra de wells of beersheba - sacriphyx
- letra de aint stoppin - kankan
- letra de muva's life - knucks
- letra de feeding the dark - evanescence
- letra de говорят, что некрасиво (they say that’s ugly) - noize mc
- letra de la via degli sfavillii - sterbenzeit
- letra de lil green eyes - casp:r (producer)