
letra de çinar və mən - flora kərimova
[bənd 1]
çinarsız bir bulaq, bulaq deyil ki
çinar mağarlıdır, çinar toyludur
mənim torpağımda, nahaq deyil ki
deyərlər, igidlər çinarboyludur
o, min nəğməlidir, min aləmlidir
məna var çinarın şair dilində, şair dilində
araz kənarında çinar qəmlidir
çinar fərəhlidir kür sahilində, kür sahilində
[nəqərat]
bəli, araz dedim, çinarlı araz
ağac da insantək intizardadır
araz, qışlı araz, baharlı araz
çinar haradadırsa, gözüm oradadır
o, min nəğməlidir, min aləmlidir
məna var çinarın şair dilində, şair dilində
araz kənarında çinar qəmlidir
çinar fərəhlidir kür sahilində, kür sahilində
[bənd 2]
mən aldım cahandan arzu da, kam da
dolaşdım çinarın adı dilimdə
mən çinar altında doğulmasam da
istərəm, o bitsin son mənzilimdə
sanaram, təzədən doğulmuşam mən
əzəldən bağlıyam ana torpağa, ana torpağa
sanaram, bir sərin yel olmuşam mən
nəğməmlə qonmuşam yaşıl budağa, yaşıl budağa
[nəqərat]
çinarsız bir bulaq, bulaq deyil ki
çinar mağarlıdır, çinar toyludur
mənim torpağımda, nahaq deyil ki
deyərlər, igidlər çinarboyludur
mən aldım cahandan arzu da, kam da
dolaşdım, çinarın adı dilimdə, adı dilimdə
mən çinar altında doğulmasam da
istərəm o bitsin son mənzilimdə, son mənzilimdə
istərəm o bitsin son mənzilimdə, son mənzilimdə
letras aleatórias
- letra de come me - teddy cri
- letra de v - anne lukin
- letra de det urolige hjertet - gabrielle (no)
- letra de 밤이 되면 (at night) - simon dominic & loco
- letra de tame - future unlimited
- letra de bad bitch - ar$tmvv
- letra de foolish blend (rejected song) - slingshot
- letra de asyad el shoot | أسياد الشوط - abyusif
- letra de rearrange - axl marcus feat. nico alonso
- letra de walk like a clown - t e e t h