
letra de ana - fidan hacıyeva
[bənd 1]
ana, bir sözə bir cahanı sığdırmısan sən
bir ömrün min ömrə bərabər, anam
incə məxluqtək doğulsan da sən
igidtək yaşayan əziz anam
tale küləkləri səni sovurdu
gah sərt qayalara, gah yerə vurdu
əyilməz qamətin, sınmaz qürurun
məğrur duruşuna heyranam, heyranam, ana
[nəqərat]
oddan köynək geydin
qəlbin köz-köz oldu, “yandım”,-demədin
yer-göy inlədi dərdinə
sən susdun, üsyan etmədin
o susan dilinə qurbanam, ana
titrək səsinə heyranam, ana
tumar çəkən əllərinə, sevgi dolu gözlərinə
saf könlünə qurbanam mən, ana
oddan köynək geydin
qəlbin köz-köz oldu, “yandım”,-demədin
yer-göy inlədi dərdinə
sən susdun, üsyan etmədin
o susan dilinə qurbanam, ana
titrək səsinə heyranam, ana
tumar çəkən əllərinə, sevgi dolu gözlərinə
saf könlünə qurbanam mən, ana
[çıxış]
ana, ana – mələklər qocalmaz heç vaxt
ana, ana – ömrümə daim işıq saç
ana, ana – mələklər qocalmaz heç vaxt
ana, ana – ömrümə daim işıq saç
letras aleatórias
- letra de god dam - cold hart
- letra de ammat (devourer of souls) - hateseed
- letra de freeze - gr33ne
- letra de 바람을 타고 original version - blackhole
- letra de king kong - ksi
- letra de fuck dave - bassline dave
- letra de zapata se queda - lila downs
- letra de stand up - rize
- letra de 에헤라디야 - 일라
- letra de today - jtć mariø