letra de 19 - fbcoast
deyəsən lənətliyəm heçbir işim düz getmir
bəlkə də tanrının həyat xəttinə tərs getdim
səhv edənləri silməyləmi səhv etdim?
arzular duyğularımla artıq rəqs etmir
istəyirəm olum layiq övlad amma ola bilmirəm
atama görə heç 2 sözü düzüb qoşa bilmirəm
gələcək qayğısıdı beynimdə ora-bura gedən
inan dostum fikirdən heç gecələr yata bilmirəm
baxanda yetim uşaqlara deyirəm “nə dərdim var ki ?”
o vaxt dərdim olar ki anamı həyat aparar
gün olarki önünə qoyum pul dolu çamadanlar
bağışla qıza görə xətrinə dəymişəm, mama
vaxt gedir, bitir gəncliyim
geri gələcək mi ötən illərim ?
x2
nəbilim bəlkə də heç sevə bilməmişəm səni
yalandan gülmüşdünki unudum olanları
dedin ki , bağışla elədiyim bu xəyanəti
sən heç indiyə qədər tanımamısan ki məni
və bəzən insan yorular,uzaqlaşar ruhundan
neçə qardaşın öldü de mərdiməzar yolunda?
ya birgün görəcəksən bacarmışam rap ulduzam
ya birgün axtaracaqsan məni ulduzlarda
düzələcək hərşey deyir hər gələn-gedən
bilmirəm inanım mı? inanmıyım mı?
daha da gücləndirir hər olan bitən
ölümdən sonra təzədən başlamıyım mı?
vaxt gedir, bitir gəncliyim
geri gələcək mi ötən illərim ?
x2
letras aleatórias
- letra de rebel bo-i - greg august
- letra de sudoku - dexon
- letra de rather be neanderthal - james wames
- letra de waya - daiki
- letra de lonely (extrovert?) [sped up] - luss
- letra de there’s fear in letting go (stripped) - i prevail
- letra de ponte a perrear - artilleria secreta
- letra de yesterday when i was brave (acoustic version) - jebediah
- letra de flow 50 cent - big rush
- letra de feining - muillet