letra de sevərsənmi - faiq ağayev
[bənd 1]
qürurumun şah taxtından enib, gəlsəm
talehimin sərt yolundan dönüb, gəlsəm
duman kimi dağa-daşa sinib, gəlsəm
məni sevərsənmi, söylə, yenidən?
qürurumun şah taxtından enib, gəlsəm
talehimin sərt yolundan dönüb, gəlsəm
duman kimi dağa-daşa sinib, gəlsəm
məni sevərsənmi, söylə, yenidən?
məni sevərsənmi, söylə, yenidən?
[keçid]
ötən günlərimi anıb, qayıtsam
şamtək öz oduma yanıb, qayıtsam
təzə sevdaları danıb, qayıtsam
məni sevərsənmi, söylə, yenidən?
ötən günlərimi anıb, qayıtsam
şamtək öz oduma yanıb, qayıtsam
təzə sevdaları danıb, qayıtsam
məni sevərsənmi, söylə, yenidən?
[nəqarət]
təzədən güzarım bu yerdən düşsə
intizar baxışlar qəfil görüşsə
gözlərimiz bizdən xəlvət öpüşsə
məni sevərsənmi, söylə, yenidən?
təzədən güzarım bu yerdən düşsə
intizar baxışlar qəfil görüşsə
gözlərimiz bizdən xəlvət öpüşsə
məni sevərsənmi, söylə, yenidən?
[bənd 2]
inadımın buz aynası qəfil sınsa
sənsiz bumbuz xatirələr oda yansa
bu son görüş, talehimdə son gümansa
məni sevərsənmi, söylə, yenidən?
inadımın buz aynası qəfil sınsa
sənsiz bumbuz xatirələr oda yansa
bu son görüş, talehimdə son gümansa
məni sevərsənmi, söylə yenidən?
məni sevərsənmi, söylə, yenidən?
[keçid]
ötən günlərimi anıb, qayıtsam
şamtək öz oduma yanıb, qayıtsam
təzə sevdaları danıb, qayıtsam
məni sevərsənmi, söylə, yenidən?
ötən günlərimi anıb, qayıtsam
şamtək öz oduma yanıb, qayıtsam
təzə sevdaları danıb, qayıtsam
məni sevərsənmi, söylə yenidən?
[nəqarət]
təzədən güzarım bu yerdən düşsə
intizar baxışlar qəfil görüşsə
gözlərimiz bizdən xəlvət öpüşsə
məni sevərsənmi, söylə, yenidən?
təzədən güzarım bu yerdən düşsə
intizar baxışlar qəfil görüşsə
gözlərimiz bizdən xəlvət öpüşsə
məni sevərsənmi, söylə, yenidən?
məni sevərsənmi, söylə, yenidən?
məni sevərsənmi, söylə, yenidən?
letras aleatórias
- letra de jar of flies - guardiangel
- letra de knife through butterfly heart - the cult
- letra de positive affirmations - mia gladstone
- letra de drugs r us (fall in love) - shaunthekiddd
- letra de every time you told me - the beat
- letra de the one - wewantwraiths
- letra de big boys don't cry - the flirts
- letra de gesù bambino - papa v
- letra de (death) - greek lungs
- letra de i don't know how to love him - peggy lee