
letra de bəxtiyaram mən - fəxri kazım - nicat
[bənd 1]
ömrün payızında sevdim, sevildim
elə bilirəm ki, ilk baharam mən
arxanca sürünən kölgənəm sənin
harada qərar tutsan, orada varam mən
[keçid]
başımı qoyaram gündə yüz kərə
bir yol ayağını qoyduğun yerə
eşqindir ucaldan məni göylərə
bu eşqin gücünə minnətdaram mən
kim deyir, eşqimdə günahkaram?
günahkaram mən?
[nəqərat]
özün bir aləmsən, eşqin bir aləm
sən olan könlümdə nə kədər, nə qəm?
sənsiz dünyanın bədbəxtiyəm
tək səninlə bəxtiyaram mən
özün bir aləmsən, eşqin bir aləm
sən olan könlümdə nə kədər, nə qəm?
sənsiz dünyanın bədbəxtiyəm
tək səninlə bəxtiyaram mən
kim deyir, eşqimdə günahkaram?
günahkaram mən?
[bənd 2]
mey olsan, yanında bir qədəh ollam
gül olsan, çətirini öpən şeh ollam
ot olsan, bir anda dönüb meh ollam
dağ olsan, zirvənə yağan qaram mən
[keçid]
başımı qoyaram gündə yüz kərə
bir yol ayağını qoyduğun yerə
eşqindir ucaldan məni göylərə
bu eşqin gücünə minnətdaram mən
kim deyir, eşqimdə günahkaram?
günahkaram mən?
[nəqərat]
özün bir aləmsən, eşqin bir aləm
sən olan könlümdə nə kədər, nə qəm?
sənsiz dünyanın bədbəxtiyəm
tək səninlə bəxtiyaram mən
özün bir aləmsən, eşqin bir aləm
sən olan könlümdə nə kədər, nə qəm?
sənsiz dünyanın bədbəxtiyəm
tək səninlə bəxtiyaram mən
kim deyir, eşqimdə günahkaram?
günahkaram mən?
özün bir aləmsən, eşqin bir aləm
sən olan könlümdə nə kədər, nə qəm?
sənsiz dünyanın bədbəxtiyəm
tək səninlə bəxtiyaram mən
kim deyir, eşqimdə günahkaram?
günahkaram mən?
letras aleatórias
- letra de sarcoma - jamesy
- letra de 100 bands - illestxj, lil jitt
- letra de static shock - mc m4c
- letra de şarkılarda hüzün var - murat yılmazyıldırım
- letra de lanter - ivan yudin
- letra de smalltown - children of reagan
- letra de love you to death - dragony
- letra de អង្វរ - sda sangphat
- letra de scorpio - 23 (swe)
- letra de seni soruyorlar - ahmet hatipoğlu