letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de şərhsiz - eqo

Loading...

[bənd 1: eqo]
həyata dirənirəm, gücümə güvənirəm
hər günü yaşayıram, yaşadıqca öyrənirəm
ruhum günü-gündən yaxınlaşır göylərlə
bir gün qurtulacam bu həyatdan ölməklə
karyeram düzəlməyəcək instituta girməklə
heç nəyi bilməyəcəm mən hər şeyi bilməklə
fərqli başlanğıclar və eyni sonluqlar dərsi
üzüm xoşbəxt görünür yalandan gülməklə
ədalət düzəlməyəcək hakimiyyəti söyməklə
öyrəşmişik bölməylə, içəridə döyülməklə
beton çoxdan cırılıb və yeni beton tökülüb
məncə x, xeyri yoxdur, əlləşirik gör nəylə
bilirəm heç nə dəyişməyəcək geri dönməklə
vətəndən uzaqda olsam da, ürəyim sizlərlə
hər kəs başladığı yerə qayıdacaq bir gün əlbət
çünki heç vaxt yeni dost dəyişməz köhnəylə

[nəqarət: aorta]
vaxt nə qədər dostlar itirdi
üstünü pozmaq itirmir
həyatı niyə nəs gətirdi?
o axı vicdanın itirməyib
nə qədər dostlar itirdim
üstünü pozmaq itirmir
həyatı niyə nəs gətirdi?
o axı vicdanın itirməyib
[bənd 2: eqo]
“necəsən?” sualını vermə homie! demə “niyə?”
“şükür, yaşayıram, ölməmişəm” – belə deyək
hər günə “son günüm” deyib başlamaq başqa hissdir
çünki sabaha bizə qaranti kim verə bilər?
çalışıb, yazıb-yaradırıq axı nəyə görə?
hə, брат? düzünü de! kimə görə, nəyə görə?!
xalqın gözü tərəziyə barmaq eləyiblər elə bil
hamı düzü qoyub elə səhvi görər
yavaş, dur hələ, polis! gəlmə üstümə!
gəl əl-ələ verək, gedək babanın büstünə
savaş davam edir, alınmayıb qarabağ
necə baxacayıq axı o kişinin üzünə?
xod ver! hələ təzə başlayırıq qadası
ləzzət eləyir mənə bu musiqinin havası
götürmüşəm “youtube”dan “free mübariz mubz beat”
halallığını almamışam, bəlkə gedib alasız?

[bənd 3: eqo]
aç qulağını, “rap”i dinlə!
kimlər söhbəti tuta bilər? bilməm!
hə, sürət vaxtıdır, hər şeyi tulla bir kənara, bu ritmlə yellən!
məni səylərim gətirib buralara qədər, elə bilmə ki, boşuna bu illər
əlbət, “rap”ə görə itirdiyim hər şeyi mən qaytaracam elə bu “rap”lə!
insanlar hamısı birdir, mənə qanunlarınız girmir
əgər arxadaydımsa, bu “track” qol, hesabımız oldu 1-1
əsirsə əllərin tir-tir, qorxunu hamıdan gizlət, sirrdir, man!
bacarsan bu işi, gəl bu “beat” üstünə “record”a mənimlə bir gir!
sən danış еlə boş-boş arxamca, mən dağıdaram hamınızı bir “punch”a
bil, bir parça “rap”im hər kəsə bəs
kəs səsini və bu “track”i təzdən çal!
sən qəsdən çat mənim olduğum hər yerə
“rap” səni mənə edib ürcah
elə buna görə səni hər görəndə dəli şeytan dеyir: “buraxma, tut çap!”
deyil telefonum mənim “iphone”, sən “bugatti” sür, amma mən fayton
mənim yolum fərqli, mənim “rap”im dəbdir
hələ gözlə, gələcək yeni albom
bir də rahat ol! səni öldürməyəcəm, heyifdir atdığım patron
sizin döyüş yeriniz olan yerlər mənə görə məşq, “training”, yəni poliqon

letras aleatórias

MAIS ACESSADOS

Loading...