
letra de mənim üçün gəlmisən - emil bədəlov
[bənd 1]
tut əlimdən, gedək sevda bağına
mələk qanadında göylərdə süzək
damla-damla dağıl baxışlarıma
hicranın, həsrətin yolunu kəsək
tut əlimdən, gedək sevda bağına
mələk qanadında göylərdə süzək
duyğulanaq
ulduz olub göy üzünə səpələnək
[nəqərat]
mənim üçün gəlmişsən bu dünyaya sən
ən həzin nəğməmdə, sözümdəsən sən
bu sevgi ölçülməz nə göy, nə yerlə
kim sevər səni, söylə, belə?
mənim üçün gəlmişsən bu dünyaya sən
ən həzin nəğməmdə, sözümdəsən sən
bu sevgi ölçülməz nə göy, nə yerlə
kim sevər səni, söylə, belə?
[keçid]
yağış yağar
göz yaşımı gözlərinə xatırladar
sevgimizçün darıxarsan
qəlbim olar cadar-cadar
yağış yağar
göz yaşımı gözlərinə xatırladar
sevgimizçün darıxarsan
qəlbim olar cadar-cadar
kim isidər bu əlləri?
bu ürəyi kim ovudar?
[bənd 2]
sən mənim ən şirin yuxumsan indi
mən səni yozmaqdan belə qorxuram
gözlərim yol çəkir, könlüm intizar
səni itirməkdən yaman qorxuram
sən mənim ən böyük arzumsan indi
adını çəkməkdən belə qorxuram
sevgi dolu bu dünyamı
itirməkdən yaman qorxuram
[nəqərat]
mənim üçün gəlmişsən bu dünyaya sən
ən həzin nəğməmdə, sözümdəsən sən
bu sevgi ölçülməz nə göy, nə yerlə
kim sevər səni, söylə, belə?
mənim üçün gəlmişsən bu dünyaya sən
ən həzin nəğməmdə, sözümdəsən sən
bu sevgi ölçülməz nə göy, nə yerlə
kim sevər səni, söylə, belə?
[çıxış]
yağış yağar
göz yaşımı gözlərinə xatırladar
sevgimizçün darıxarsan
qəlbim olar cadar-cadar
yağış yağar
göz yaşımı gözlərinə xatırladar
sevgimizçün darıxarsan
qəlbim olar cadar-cadar
kim isidər bu əlləri?
bu ürəyi kim ovudar?
letras aleatórias
- letra de i thought i was wrong again - hxntai
- letra de dance till i disappear - altrivers
- letra de salahku versi 3.0 - yonnyboii
- letra de mexicano / popurrí - carlos rivera
- letra de blue bills - dj scheme
- letra de safe journey home - james bourne
- letra de tides - shekhinah
- letra de da für dich - eric
- letra de fvck them - art mg
- letra de cry for you (radio version) - jodeci