letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de tənha adamlar - elvin nasir

Loading...

sözləri:
xəzərin sahilində,dayanıb tənha adam
elə bil tənhalığı dənizə atmağ üçün gəlib
dalğalar sahilə vurduğca edir seyrə davam
bəlkə də məhəbbətini küləyə satmağ üçün gəlib

görəsən nələr keçir ağlından beynindən
biraz da məcnuna bənzər görünür geyimindən
üzündə qırışların hər biri dərd əlaməti
bilmirəm dərdi nədir bəlkə görüb xəyanəti?

bəlkə heç sevgi deyil bu insanın düşündüyü
bəlkə də itiribdir yaxınlarda doğmaların
ya ölübdür anası,ya ölübdür atası
o indi xəyalında dalğalarla dalğanır

gözləri dənizdədir görəsən fikri harda
xəyalı avqustda,həyatı yanvarda
soyuğdan əsir biraz,üşüyür barmağları
acından ölür bəlkə evdə körpə uşağları

düşünür çox dərindən,bəlkə də var borcu
görəsən yaşı neçədir,görəsən nədir bürcü?
həyatda bir dəfə olsun xoşbəxt oldumu heç?
gözləri qəmnən yox,sevgidən doldumu heç?
o gəlib sahilə öz ruhunu basdırmaq üçün
bəlkə də gizlənir öz dərdini azdırmaq üçün
baxışıynan gətirir gəmiləri bir bir geriyə
bir vəfasız yar üçün ömrünü vermiş hədiyyə

indi peşmançılığın çəkmək üçün bəlkə gəlib?
dərmanı dalğa olan mavi xəzərdirmi təbib?
bəlkə də qurban olub,etdiyi bircə səhvə
gah baxır əllərinə,gah da nargin tərəfə

üstünə yağış yağır göylərdən tərpənmir
ömrünə leysan yağanın gözünə yağış görsənmir
o adam mənə yaddır,mən o insana yadam
xəzərin sahilində,dayanıb tənha adam

nəqarət
göy xəzərin sahillərində tənha adamlar
dalğaların üstünə yazmış qəmgin kəlamlar
hərə öz dərdini suya danışır,dərdlər suya qarışır
bu sahildə böyük insanlar nə qədər balacaşır

öz içində ağlar səssiz
qəlbinə qaralar bağlar səssiz
dizlərini qucağlar səssiz
tənha adamlar
gizlicə göz yaşların silər
qəlbindəki duyğular ölər
hər kəsə üçün yalandan gülər
tənha adamlar

xəzərin sahilində dayanıb tənha adam
qəlbinin mərkəzində vardır əzablar diyarı
seyr edərkən gözü ol dalğalı çılğın xəzəri
kim bilir bəlkə ruhu çoxdan edib intiharı

yenə beynimdə marağ,görəsən fikri nədir?
bəlkə də tərk eləyib dostları dar gündə onu
bəlkə də xəstələnib,yaşayır son gününü
eşidib hansı həkimnən ki,gəlib çatıb sonu?

yavaşca yaxınlaşıb asta asta dedim salam
o sanki öz içində bu dünyaya edir qiyam
dedim ki danış bəlkə eyləyərəm nəysə kömək
dedi yoxdur dərdim,sadəcə balığçıyam

biraz da gülümsədi,ordan uzağlaşdım
bəlkə də yanılmışam bu insanın gözü dolmur
sonra birdən ayıldım,o adam yalan deyir
dalğalı havalarda,dənizdə balığ olmur

letras aleatórias

MAIS ACESSADOS

Loading...