letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de biri - elvin babazadə

Loading...

biri dərd, biri dərdimə dərman
biri mən, biri məndən də yaman
sevirəm, bir-iki günlük amma
sonsuzluğadək kimdir mənə qalan?

işığını üzümə salır gecə ay tam güzgüdən
içimdəki ölkə üsyan içindədi, paytaxt tüstüdə
özümü xəyallara daşıma günüm
içimdəki uşaq öz yaşıma gülür
çəhrayı həyatım başıma dönür
bulanır ürəyi, qaytarır üstümə

mən ən güclü, mən ən düşən
mən özümə uzaqdan gəlmişəm
xəyallarım ürəyimlə tən düşər
ona görə yoxdur heç bir əndişəm
mən aslılıq və vərdişəm
üzərimə düşən işıq həmişə
gözlərimdə qalır, bunu görür hamı
ona görə ürəyimcə tapa bilmirəm yarı
axı mənə

biri dərd, biri dərdimə dərman
biri mən, biri məndən də yaman
biri sərt çəkər ürəyimə dağlar
biri məni çəkə-çəkə üzərinə bağlar
biri dərd, biri dərdimə dərman
biri mən, biri məndən də yaman
sevirəm, bir-iki günlük amma
sonsuzluğadək kimdir mənə qalan?

xəyal edib yatdığım onla olan neçə gecə, neçə yuxu var
axı sevgi ovçusunun ürəyimə atılıb qırılan neçə oxu var
amma artıq dəyişib hər şey, bu sevgi girməz daha yuxuma
indi onun nəyi vardısa, məndə ondan qat-qat
daha çoxu var

atıb hər şeyi üzərimə, çıxıb aradan
necə seçə bilmədim mən ağı qaradan
almaz ki, canını uca yaradan
bunu yaşatmadan, yaşatmadan

bax, yeni sevgi qoxusu gəlir havadan
gizlənirəm, tapır axı məni haradan
varsa gəlsin eşq, amma sonradan
yenə yalan dolanlar olmadan

biri dərd, biri dərdimə dərman
biri mən, biri məndən də yaman
biri sərt çəkər ürəyimə dağlar
biri məni çəkə-çəkə üzərinə bağlar
biri dərd, biri dərdimə dərman
biri mən, biri məndən də yaman
sevirəm, bir-iki günlük amma
sonsuzluğadək kimdir mənə qalan?

varsa gəlsin eşq, amma sonradan
yenə yalan dolanlar olmadan

letras aleatórias

MAIS ACESSADOS

Loading...