letra de kimdi? - elşad xose
[giriş]
səs ver! səs ver! səs ver! səs ver!
[nəqarət]
səhər tezdən qapımızı bərk döyən kimdi?
on nəfərin qabağına tək gedən kimdi?
eşidib mahnımızı səs verən kimdi?
dostum çoxdursa, düşmənim kimdi?
səhər tezdən qapımızı bərk döyən kimdi?
on nəfərin qabağına tək gedən kimdi?
eşidib mahnımızı səs verən kimdi?
dostum çoxdursa, düşmənim kimdi?
[bənd 1]
əməllərim səhv olsa da, sözüm həmişə düzdü
düz olan birdirsə, səhv olan yüzdü (həri)
qaçırlar qaç, vururlar vur (vur)
içmirlər tək iç, içirlərsə süz (süz)
sözüvü de sözü olana, sözüvü de gözü dolana
ölüb sora doğulana, nə qıza, nə oğlana
boğacaq bizi qəhər, tullamasaq bunu əgər
açılacaq yenə səhər, tapılacaq yenə zəhər
dostlar yenə də hərə bir tərəfdə
tək oturub yazıram, alnım yenə tərdə
olanı çəkmişəm, qalanı yerdə
gözlərimdə yenə də qırmızı pərdə
sözüm çox, vaxtım az, dəyişir məkan
yenə başqa şəhər bu gün, sabah yenə liman
her şeyə var dözüm, yoxdur heç kimə inam
bu günə kimi olmayıbsa, çətin ola din-iman
[nəqarət]
səhər tezdən qapımızı bərk döyən kimdi?
on nəfərin qabağına tək gedən kimdi?
eşidib mahnımızı səs verən kimdi?
dostum çoxdursa, düşmənim kimdi?
səhər tezdən qapımızı bərk döyən kimdi?
on nəfərin qabağına tək gedən kimdi?
eşidib mahnımızı səs verən kimdi?
dostum çoxdursa, düşmənim kimdi?
[bənd 2]
nəyin əvvəli, nəyin axırı, nəyin sonu
pərdəsiz səhnə, həyat olub oyun (oyun)
gözəlçələr görüb gözüm, gecələr mənə dözün
nə izim var, nə də tozum, yoxdur daha sözüm
kim-kimi minirsə, kim-kimi qınayır
kim-kimi sevirsə, kim-kimi sınayır
dostlar gələcək onlarla qızlar
yatağım görübdü dollar və qızlar
soyuq həyatımız qızlarla qızmaz
qızdıran qız tapılsa da, qızdıracaq az-maz
düz gör, düz bil, düz eşit
dünəndən sabaha bu gündü keçid
günah və savab, yox artıq seçim
günahları min olana yumağa bir məscid
şəhər sanki meşə, hər kəs canavar
canavara yem üçün qoyun da tapılar
xərcləyən itirər, axtaran tapar
bir dəfə ata minən ömrü boyu çapar
[nəqarət]
səhər tezdən qapımızı bərk döyən kimdi?
on nəfərin qabağına tək gedən kimdi?
eşidib mahnımızı səs verən kimdi?
dostum çoxdursa, düşmənim kimdi?
səhər tezdən qapımızı bərk döyən kimdi?
on nəfərin qabağına tək gedən kimdi?
eşidib mahnımızı səs verən kimdi?
dostum çoxdursa, düşmənim kimdi?
[bənd 3]
min ölç, bir kəs, min sözə bir səs
min dil bilənə paxıl olar hər kəs
atırlar at, alırlar sat
həyatda it danışır, nağılda at
çətinlik çəkir söz dеməyə pəltək
kimsə salam verir əlində əlcək
deyirsiz asandı hər bir çətinə
aclıq mömini gətirib donuz ətinə
kim qulluq edir dəbə, qulluq еdir zamana
bəzi cavanlar guya gəlib namaza
özü qızıl satacaq, əli gümüş taxacaq
bazlıqdan qayıdıb, namaz edib yatacaq
5 manat nəzir sizi xilas edə bilərmi?
zəncirlə zərbə günah yuya bilərmi?
qan görməyib, əli tutmayıb silah
pulla hərbi bilet alıb, qışqırırlar: “cihad!”
seçilən seçilir, tanınan tanınır
kafir sayılmaz tanıyan tanrını
alın yazısını xose xırdalasa əgər
kafir olmaq – bu da bir əcəl
özümüz şagird, həyatımız müəllim
evimiz məktəb, son zəng ölüm
[sonluq]
-gəldim, gəldim. kimdi?
-əzrail
letras aleatórias
- letra de outta love - giancarlo louis
- letra de delete forever (grimes cover) - yeule
- letra de room a thousand years wide (2016 remaster) - soundgarden
- letra de дождливый drill - ежемесячные (ezhemesyachnie)
- letra de toxic positivity - ashmit badhe
- letra de so whassup? - kazz the virgo
- letra de demons / oliver stone - spectr
- letra de butter (feat. megan thee stallion) - bts
- letra de loco - johnny texx
- letra de this honky tonk angel - devin jake