![letras.top](https://letras.top/files/logo.png)
letra de ürək ağlasın - elnur məmmədov
[bənd 1]
hər səhər, hər axşam yollara baxıb
izlədim gəldiyin yolları bir-bir
dilimin sözləri qəlbimdə qalıb
nə deyim, nə edim? yanır ürəyim
hər kəsin payına bir sevgi düşər
sevgi həsrətiylə baxdı gözlərim
sən elə bilmə ki, bilmədim bunu
nə deyim, nə edim? yanır ürəyim
[nəqərat]
nakam eşqə baxıb ürək ağlasın
insanlar dərdimi görüb ağlasın
a-a-ah, bircə əllərindən tuta bilsəydim
razıyam, sevincdən gözlər ağlasın
nakam eşqə baxıb ürək ağlasın
insanlar dərdimi görüb ağlasın
a-a-ah, bircə əllərimdən tuta bilsəydin
razıyam, sevincdən gözlər ağlasın
[bənd 2]
əl açıb tanrıdan necə diləyim?
səni bəxş eləsin ömrümə mənim
mənimtək sınmasın sənin taleyin
nə deyim, nə edim? yanır ürəyim
sənin gözlərində kədəri görüb
kədərə vuruldum, oldun istəyim
qoyma, sənsizlikdə tənha qalım
nə deyim, nə edim? yanır ürəyim
[nəqərat]
nakam eşqə baxıb ürək ağlasın
insanlar dərdimi görüb ağlasın
a-a-ah, bircə əllərindən tuta bilsəydim
razıyam, sevincdən gözlər ağlasın
nakam eşqə baxıb ürək ağlasın
insanlar dərdimi görüb ağlasın
a-a-ah, bircə əllərimdən tuta bilsəydin
razıyam, sevincdən gözlər ağlasın
nakam eşqə baxıb ürək ağlasın
insanlar dərdimi görüb ağlasın
a-a-ah, bircə əllərindən tuta bilsəydim
razıyam, sevincdən gözlər ağlasın
[çıxış]
neyləyək, həyatı yaşamalıyıq
sevinci, kədəri biz dadmalıyıq
tükənsə ümidlər son nəfəs kimi
həyata yenidən bağlanmalıyıq
letras aleatórias
- letra de ate as12 do ap eu posso ser seu dziro - wusta2001
- letra de on the road to freedom - jake shimabukuro
- letra de 12:09 - the people versus
- letra de yavşak (skit) - retro
- letra de a emo romance - lil exosphere
- letra de chula - imperial blxndie
- letra de don't walk - the deadest hour
- letra de till now - letdown
- letra de bilsem bile - retro
- letra de a heart full of love - sierra boggess & julian ovenden