letra de get sahilə - elçin elşad
[bənd 1]
sanki izləyir məni qaranlıq
yox işıqlar bu tuneldə
həyat belə mənə məəttəl qalıb
dəli olarlar mənim beynimdə
çox çətin, düz gətirmir işlərin heç biri
gözlərimdə sönüb ümid
heç kəsin bundan yoxdur xəbəri
ruhum məni atıb, gedib
gəl sakitləş, aç gözünü
ürəyini heç sıxma
göy üzünü seyr elə, bax buludlara
gülümsə və dəyər ver hər anına
[nəqərat]
get! get sahilə!
ləpələrlə sən rəqs elə
musiqini çək içinə
qayaların ritmi ilə
get sahilə!
[bənd 2]
külək sığallasın səni
günəş yandırsın gözlərini
hiss elə təbiəti öz içində
ol varlığının fərqində
kim demişdi ki, asan olacaq?
bütün olanlar unudulacaq?
çətinliklərin səni bərk sıxacaq
amma ki, sən dözümlü olmalısan
heç nə düşündüyün kimi pis deyil
hər şey öz beynindədir
yalnız bunu dərk edəndə sən
bütün gözəllikləri görə biləcəksən
heç nəyə əhəmiyyət vermə
keçmiş heç vaxt dəyişməyəcək
bu andan zövq al və ürəkdən gülümsə
onda həyat da sənə güləcək
[nəqərat]
get sahilə!
ləpələrlə sən rəqs elə
musiqini çək içinə
qayaların ritmi ilə
get sahilə!
letras aleatórias
- letra de pushing daisies - loote
- letra de ai - omu gnom
- letra de run away - josh a
- letra de никотин - ayso
- letra de dead to me - daniel javan & sølace
- letra de não tô dando conta - rosa neon
- letra de into the light - fyre byrd
- letra de donut ring (doonattsu no ringu) - makoto kawamoto
- letra de ojo del caos - hector garlo
- letra de push me - pr0v0ke