letra de nəğmələrim - elçin cəfərov
[bənd 1]
mənim nəğmələrim hamının deyil
hamıya yetəsi ev tikmək çətin
mənim danışdığım bu əsəbi dil
ya dərdin şəklidir, ya da həsrətin
mənim nəğmələrim hamının deyil
hamıya yetəsi ev tikmək çətin
mənim danışdığım bu əsəbi dil
ya dərdin şəklidir, ya da həsrətin
[keçid]
sevgimdir, qopubdur ürək qanından
şərt deyil, min çələng toxuya bilsin
təki bir kimsəsiz, yalqız qalanda
onu özü-özünə oxuya bilsin
[nəqərat]
ha deyim: “bir dayan, göz yaşını sil”
nəğməyə nə fərqi, payızdır, yazdır
mənim nəğmələrim hamının deyil
hamının olsaydı, nəğmə olmazdı
ha deyim: “bir dayan, göz yaşını sil”
nəğməyə nə fərqi, payızdır, yazdır
mənim nəğmələrim hamının deyil
hamının olsaydı, nəğmə olmazdı
[bənd 2]
zər-ziba içində ürəklər soyuq
ona bir çınqı ot salsa, bəsimdir
masalar sındıran israfçılıq yox
halal pendir-çörək olsa, bəsimdir
[keçid]
sevgimdir, qopubdur ürək qanından
şərt deyil, min çələng toxuya bilsin
təki bir kimsəsiz, yalqız qalanda
onu özü-özünə oxuya bilsin
[nəqərat]
ha deyim: “bir dayan, göz yaşını sil”
nəğməyə nə fərqi, payızdır, yazdır
mənim nəğmələrim hamının deyil
hamının olsaydı, nəğmə olmazdı
ha deyim: “bir dayan, göz yaşını sil”
nəğməyə nə fərqi, payızdır, yazdır
mənim nəğmələrim hamının deyil
hamının olsaydı…
letras aleatórias
- letra de golden age of regurgitation - mookielaka
- letra de oh lord - corizo
- letra de 800db cloud (ricco harver remix) - 100 gecs
- letra de wet it - fizzler
- letra de attempted armed robbery - wesley willis
- letra de reset - leellamarz & panda gomm
- letra de fumo - kodigo
- letra de 空隙 (vent) (簡體字/simplified characters) - yoyo sham 岑寧兒
- letra de lass mich doch - hexer
- letra de pollinate - richard