letra de aman ayrılıq - cavidan fatihi
[bənd 1]
mən ki doymamışdım heç vüsalından
mənə zülm eylədi yaman ayrılıq
nə olardı bir gün durub yuxudan
görəydim ki olub yalan ayrılıq
[nəqərat]
mən görəndə orada yaz səhəriydi
xoş nəfəs baharın küləkləriydi
mən görəndə orada yaz səhəriydi
xoş nəfəs baharın küləkləriydi
açılan ağ badam çiçəkləriydi
indi onlardımı solan ayrılıq?
ayrılıq, ayrılıq, aman ayrılıq
mənə zülm elədi yaman ayrılıq
ayrılıq, ayrılıq, aman ayrılıq
mənə zülm elədi yaman ayrılıq
[bənd 2]
biz ki bir ruh idik iki bədəndə
o, gülüb-sevinsə gülərdim mən də
vüsalın bülbülü uçub gedəndə
daş kimi qəlbimdə qalan ayrılıq
[nəqərat]
mən görəndə orada yaz səhəriydi
xoş nəfəs baharın küləkləriydi
mən görəndə orada yaz səhəriydi
xoş nəfəs baharın küləkləriydi
açılan ağ badam çiçəkləriydi
indi onlardımı solan ayrılıq?
ayrılıq, ayrılıq, aman ayrılıq
mənə zülm elədi yaman ayrılıq
ayrılıq, ayrılıq, aman ayrılıq
mənə zülm elədi yaman ayrılıq
[bənd 3]
kim qıydı dostların bahar elinə?
mehriban sözünə, şirin dilinə?
cananın sazını alıb əlinə
əğyar mizrabıyla çalan ayrılıq
[nəqərat]
mən görəndə orada yaz səhəriydi
xoş nəfəs baharın küləkləriydi
mən görəndə orada yaz səhəriydi
xoş nəfəs baharın küləkləriydi
açılan ağ badam çiçəkləriydi
indi onlardımı solan ayrılıq?
ayrılıq, ayrılıq, aman ayrılıq
mənə zülm elədi yaman ayrılıq
ayrılıq, ayrılıq, aman ayrılıq
mənə zülm elədi yaman ayrılıq
[çıxış]
ayrılıq, ayrılıq, aman ayrılıq
mənə zülm elədi yaman ayrılıq
letras aleatórias
- letra de the abyss (chapter one) - antropofagus
- letra de mensageiro de luz - kayke, 2k
- letra de firing squad - merky ace
- letra de nie czekam - swimer
- letra de rebellion - ryan mcmullan
- letra de back 2 back - lil durk
- letra de like a man - onhel
- letra de dripcity - iamddb
- letra de you are high - mnqobi nxumalo
- letra de closer - eman8