letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de yuvana qayıt - cəza 22

Loading...

[verse 1]
yoxdu bu şəhəri məndən yaxşı tanıyan
hər səhər günəşi qərb tərəfindən qarşılayıram
saatı sayıram, saniyələri ayırıb ana xırdalayıram, zamanı qurdalayıram
xatırlayıram o vaxtaları ki biz idik biz
və getdiyimiz yolun izi təmiz…
indi isə yoxdu ümid,bəlkə də yıxdı bizi nəfs
və istəkləri heyata keçirmək olur olduqca qəliz
su idi tələbi söyüdün
mən də nəsihət və öyüdün təsiri ilə böyüdüm
göy idi göyüzü bir zaman, düşürdü hər şey nizama
gələcəyə uzanan arzular zamanla sınar
amandı, sınama özünü bu meqapolisdə
yol istəmək olmayıbı bizdə son istək
qul olmadıq pul üstə, pul olmadı bonusda
və yuvaya qədər təqib edir bizi polislər

[chorus]
bu şəhər zibillik, zəhər və dumana qalıb
qumara qoyulub yox olarsan, yuvana qayıt!
buralarda qalma yubanaraq, bala!
yumalanma, yuvana qayıt, yuvana qayıt!

[verse 2]
boş düşüncələr dalınca qaçan uşaqlar acından ölür və olur yarımcan
yarımçıq təhsilin sona çatınca başını at balınca və yat!
əşi, dəyişmir bu şəhərdə diplom alınca həyat
küçə himayəsindədi gəncliyimiz bizim
ağ-qara bir rəsmdir ki, dardı çərçivəsi
qürur durur hələ də qəlbimizdə əzm
musiqi etiraz vasitəmdi, səsimi kəsin!
şərq sayağı şəhər, avropadan qapılar…
eynicinslərə də kəbin kəsən tapılar
inanma efirə verilən hər nağıla
onlar olanı versə telek-n-l dağılar
niyə və nöşün – boşuna düşün hələ sən!
əl-ayağa düşmə, təndirə düşür tələsən
hərəkət elə ki, bəlkə bir qərara gələsən!
ac qurd səni duyar quzu kimi mələsən
[chorus]
bu şəhər zibillik, zəhər və dumana qalıb
qumara qoyulub yox olarsan, yuvana qayıt!
buralarda qalma yubanaraq, bala!
yumalanma, yuvana qayıt, yuvana qayıt!

letras aleatórias

MAIS ACESSADOS

Loading...