letra de söz yoxdur - cəza 22
[verse 1]
dinləmək sənə borcdu,demək mənə borcdusa
ya da dön ayyaqqabı atılan corc buşa!
əşi, təşvişə düşüb nahaq narahat olmusan
panika yaratma,hələ ki 10’du saat
ya bir işə girişə bil,həmişə pul qazan
ya da yatağa gir,başı balışa qoy uzan!
bilirəm, hər an tər axıdıb qorxmusan
gərəyi yoxdu,ürəyivi qoy buza!
incəsənətə qurban gedən gədələr kordusa
onlar “qoluboy” olar,bu da sonuncu yoldur ,san!
çoxdur bu saat zidd olan tv’də namusa
elgizdə evlən ki,evdə qalib donmusan
gözəllik konkurslarına yazıl ki, bombasan
əgər sənə sənətdə qiymət verən boldursa
korrupsiya – dərsdi bu siyasi korpusa
halal qazanan isə bu şəhərdə qan qusar
gənclərin marağı blackberry’də,qalıb geridə reys tutar
özüvə dost tap girəndə facebook’a!
mənim sözüm tez qutarsa ağlı başında olmayan söhbəti gec tutar
[chorus x 2]
söz yoxdur söhbət yoxdursa
əgər sənə dəyər verən birisi yoxdursa
burda durub vaxt itirmə heç,yol uzaq
get,sənə yoldur sol,ya da yoldur sağ
[verse 2]
get relax və rahat ol!
narahat olma,brat,rahat ol!
at bir dənə panadol,rahat ol!
demirəm ,çox rahat ol,daha dağa dön
“no” bir az rahat olub əriyib yağa dön!
lağa dönür bütün ciddiyat
manapol strukturunda qurulan iqtisad
“qoluboy” formada olan itdi,atdı,ya da bitdi
yaddı bizə,et yenə də ehtiyat
çoxunu düşündürən sual: “pul hardadır?”
pulun ki var dadı,pul bal dadır
pul əyləncədədi və də pul bardadır
pul parladır,pul park bulvar’dadır
kimi ki pul aldadır,qumardadır
uduzdurub ağladır,udan isə xumarlanır
pulu olmayan parkda şar satır
ya da qarışdırır qara şalvarla qır
yalvarma,dur – budur əsl hüdud
yalana əsir düşən dili kəsir sübut
bəsindir,ud dilivi,nəzərdə tut
və düşün : “görəm,hə,nə sirrdi bu?!”
[chorus x 2]
söz yoxdur söhbət yoxdursa
əgər sənə dəyər verən birisi yoxdursa
burda durub vaxt itirmə heç,yol uzaq
get,sənə yoldur sol,ya da yoldur sağ
[verse 3]
bu da zirvədi və də qoyulub son rüşvətə
bəziləri çıxdı yoxa lap p-xa düşmədən
gecə “qonka”,bax “plyonka” şüşədən!
dayday varsa “day” qorxma heç nədən!
heç nəyi də alma vecivə gəl ki
gərgin olmaz heç nə pul varsa gərçi
hər mərcin olur bir balaca xərci
hər kimdə varsa susumaq üçün bacarıq
biz də var açarı
lap qapalı qapıları da açarıq
namusu hifz edən gənclərə düçarıq
monarx və çar əlindən naçar qalıb qıraqlara qaçarıq
utopik xəyalpərəst pulsuz tələbələr
elə bilər ki həyat elə belə
satışa çıxan qələbələrdən sənə yoxdur pay, “davay”,tələb elə!
şans gələ bilər?! gələ, bl-d !!!
hərə bir adda vordu,zordu,nə qədər ləqəb?!
fəqət kordu,yoxdu sözü deməyə bəlkə də
ətəklə iməkləməkdədi,rap’lərimi eləyin ələk-vələk!
[chorus x 2]
söz yoxdur söhbət yoxdursa
əgər sənə dəyər verən birisi yoxdursa
burda durub vaxt itirmə heç,yol uzaq
get,sənə yoldur sol,ya da yoldur sağ
letras aleatórias
- letra de work - mc imprint
- letra de it gets darker out here than i'm used to - map of the stars
- letra de sehay , its a eater - icytwat
- letra de пипетка (pipetka) - babangida
- letra de hammer of the knight - chalice of doom
- letra de mikro diczek - your done
- letra de se me olvida - maisak, feid, jay wheeler & maluma
- letra de eyes closed - tiffany johnson (sd)
- letra de jvpvn2xx2 - grishja+ / #töska`。*゚
- letra de pistea por mí - gerardo coronel