letra de yalvarıram - brilliant dadaşova
[bənd 1]
bilirdim ki, zalım dünya
sevənlərə nəs baxır
səni mənim taleyimdən
ayırmağa darıxır
bir nəğməydi, keçib getdi
yuxumuza girərmi?
səni məndən alan dünya
bir də geri verərmi?
bilirdim ki, zalım dünya
sevənlərə nəs baxır
səni mənim taleyimdən
ayırmağa darıxır
bir nəğməydi, keçib getdi
yuxumuza girərmi?
səni məndən alan dünya
bir də geri verərmi?
[nəqərat]
yalvarıram o yollara
izlərini qaytarsın
yalvarıram o günlərə
gözlərini qaytarsın
yalvarıram hər yağışa
bu ağrını soyutsun
yalvarıram hər nəğməyə
bu həsrəti ovutsun
[bənd 2]
yollarına döşəsələr
gül-çiçəyi qucaq-qucaq
bilirəm ki, mənim yerim
səni hər an yandıracaq
ürəyimə axan yaşı
özgə əli silərmi?
səni məndən alan dünya
bir də geri verərmi?
yollarına döşəsələr
gül-çiçəyi qucaq-qucaq
bilirəm ki, mənim yerim
səni hər an yandıracaq
ürəyimə axan yaşı
özgə əli silərmi?
səni məndən alan dünya
bir də geri verərmi?
[nəqərat]
yalvarıram o yollara
izlərini qaytarsın
yalvarıram o günlərə
gözlərini qaytarsın
yalvarıram hər yağışa
bu ağrını soyutsun
yalvarıram hər nəğməyə
bu həsrəti ovutsun
yalvarıram o yollara
izlərini qaytarsın
yalvarıram o günlərə
gözlərini qaytarsın
yalvarıram hər yağışa
bu ağrını soyutsun
yalvarıram hər nəğməyə
bu həsrəti ovutsun
letras aleatórias
- letra de カフェイン - 片平里菜
- letra de trinidad - maki
- letra de vernieuwde visie - conceptz
- letra de national syli - alpha wann
- letra de sm connection episode 2 - ld mc
- letra de somersaults - birdcage
- letra de gemintang - andien
- letra de love yourself - the maine
- letra de oh my poison - shakey graves
- letra de desaparecer - espiroqueta