
letra de xatirə - brilliant dadaşova
[bənd 1]
dedin, qoymaram, bir daha sən tək qalasan
qəlbinin yarasın açıb sarasan
demişdin, yaraşır sənə məhəbbət
qoymaram, ağlayıb qəmli çalasan
demişdin, yaraşır sənə məhəbbət
qoymaram, ağlayıb qəmli çalasan
dedin, sevgisiz günlərin qaldı geridə
acı gözyaşının qalmaz yeri də
səadət, xoşbəxtlik haqlar səni də
qoymaram, ah çəkib dərdli olasan
səadət, xoşbəxtlik haqlar səni də
qoymaram, ah çəkib dərdli olasan
[nəqərat]
yuxulardan daha qorxmayacaqsan
mənasız günlərə dönüb baxmayacaqsan
göz bəbəyin kimi qorudun məni
dedin, qaynayıb, coşub çağlayacaqsan
göz bəbəyin kimi qorudun məni
dedin, qaynayıb, coşub çağlayacaqsan
[bənd 2]
dedin, qoymaram, pis günü yada salasan
sevinci satasan, qəmi alasan
demişdin, nəğmə var coşan qanadda
bir diləyim budur, sən ucalasan
demişdin, nəğmə var coşan qanadda
bir diləyim budur, sən ucalasan
[nəqərat]
sən dedin, dinlədim, hey gülümsədim
bəyəndim, sevindim, mənimsən, dedim
acı söyləmədi doğruçu dilim
yalnız qəlbim oldu həyatda yerin
acı söyləmədi doğruçu dilim
yalnız qəlbim oldu həyatda yerin
yalnız qəlbim oldu həyatda yerin
letras aleatórias
- letra de no aftermath - mc cyborg
- letra de here without you - isaac levi
- letra de jew on the skidoo - blp kosher
- letra de god got us! - o'mighty zeus
- letra de mindset - andiroo
- letra de firesoul - metaprism
- letra de ハナミズキ (hanamizuki) [remix] - taxon
- letra de 20k - gxner.
- letra de podzim - vesna
- letra de free palestine - nani (2neat)